Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Hesabınız dondurulub, müdaxilə var” - Aldanmayın!

31.05.2025 16:02 498
“Hesabınız dondurulub, müdaxilə var” - Aldanmayın!
Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:

"Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır. "Hesabınız dondurulub, müdaxilə var”, "Viza üçün ödənişlər”, "Qazandınız”, "Sığorta aktivləşdirilir”, "Sərfəli kredit” və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.

Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.

Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar "102” Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.

Son xəbərlər