Mojo.az Banner
19:19 Axtarılan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu  |     19:11 İranda xarici agent və monarxist qruplaşma "ovu" - Xeyli adam həbs olundu  |     18:58 Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı  |     18:34 Pezeşkian təsdiqlədi: İranın kəşfiyyat naziri ÖLDÜRÜLÜB  |     18:24 Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olundu  |     18:08 Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM  |     17:46 Prezidentin avtomobilinin sükanı arxasına əyləşdi - Video  |     17:45 Azərbaycanda evlənənlər azalıb, ölənlər çoxalıb  |     17:20 "Qalatasaray"ın "Liverpul"la oyunu hansı kanalda yayımlanacaq?  |     17:04 91 milyon manata yaxın ƏDV geri qaytarılıb  |     16:37 Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb  |     16:19 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib  |     16:18 Çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ: Uyğunsuzluq necə araşdırılır?  |     15:51 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb  |     15:50 Günəşdə güclü partlayış oldu  |     15:48 "Hizbullah"a məxsus telekanalın direktoru öldürüldü  |     15:47 Bir çox müəllimin maaşı arta bilər - Nazir AÇIQLADI  |     14:35 Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib  |     13:58 İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb  |     13:57 İrandan dörd hindistanlı həkim Azərbaycana təxliyə edilib  |    
Left Banner
Right Banner

Gömrükdə Avropaya aparılan 52 kq heroin tutuldu - FOTO

19.03.2018 16:17 2 295
Gömrükdə Avropaya aparılan 52 kq heroin tutuldu - FOTO
Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

Median.Az
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi "Renault" markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına "kiçik ölçülü transformatorlar" yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.

Sürücü ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının olub-olmaması soruşulub. O, isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.

“Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan - xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla, cəmi 3 bağlama aşkar edilib. Həmin bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi 102 ədəd falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış yastı-dairəvi formalı paketlər aşkar edilib. Daha sonra həmin paketlərin içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu müəyyən edilib. Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.



скачать dle 11.3
Mojo.az Banner