Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Külli miqdarda psixotrop maddə aşkarlanıb

29.06.2019 21:25 1 637
Külli miqdarda psixotrop maddə aşkarlanıb
Gömrükçülər külli miqdarda psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Ölkə.Az"a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan qardaşı ilə birlikdə gələn həmin ölkə vətəndaşı Amin Dana Hassanın idarə etdiyi “Samand” markalı 73D627-10 qeydiyyat nişanlı minik avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gövdəsinin sol hissəsində, avtomobilin döşəməsinə bitişik detalın içərisindəki zavod konstruksiyasında nəzərdə tutulan boşluqdan 3 ədəd qara rəngli polietilendə qablaşdırılması ilə birlikdə çəkisi 3470 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər