Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Novxanı torpaqlarını kimlər və niyə zibilxanaya çevirir… - FOTO

19.03.2018 16:13 3 024
Novxanı torpaqlarını kimlər və niyə zibilxanaya çevirir… - FOTO
Abşeron rayonu, Novxanı kəndinin ərazisində hektarlarla torpaq sahəsi zibilxanaya çevrilib. Kəndin ətrafındakı boş ərazilərə maşınlarla zibil daşınıb tökülür və bu da münbit, amma istifadəsiz əkin sahələrinin həm ekoloji baxımdan çirklənməsinə, həm dəyərdən düşməsinə səbəb olur. Sakinlər virtualaz.org saytına bildiriblər ki, ərazi qəsdən yararsız hala salınır və bu işin arxasında torpaq dəllaları dayanır. Çünki Abşeron Rayon İcra Hakimiyyəti və Novxanı bələdiyyəsininin dəllalları bu torpaqların zibilliyə çevrildiyini bəhanə edərək sahiblərindən dəyər-dəyməzə, 1 sotunu 300-500 manata almağa nail olurlar. 





Torpaq "qəpik-quruşa” satılan kimi tullantılardan təmizlənir, bölüşdürülərək ev tikmək istəyənlərə dəfələrlə baha satılır. Əməkdaşlarımız şikayəti araşdırmaq üçün Novxanı kəndində olublar. Məlum olub ki, hektarlarla ərazidə doğrudan da zibil tullantıları qalaqlanıb. Sakinlərin sözlərinə görə, dəri və bağırsaq sexinin, sallaqxanaların, kafe və restoranların tullantıları bura atılır. Üfunət iyi bir yana, ərazi sahibsiz heyvanların məskəninə çevrilib.

 

Novxanı kəndinin ərazisindəki bu zibilliklə bağlı Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə zəng vursaq da cavab verən tapılmadı. Novxanı bələdiyyəsi ilə danışmaq cəhdimiz də baş tutmadı. Amma Abşeron rayon İcra Hakimiyyətinin Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Əliyevlə əlaqə saxlaya bildik. Elnur Əliyev problemlə və çəkdiyimiz fotoşəkillərlə tanış olandan sonra bildirdi ki, həmin ərazi Novxanı-Fatmayı-Mehdiabad kəsişməsində, "Qotur su” adlanan gölməçənin ətrafındakı çöllükdür. "Ərazi sakinlərin pay torpağı deyil, boş sahədir. Amma yenə də qəsdən zibilxanaya çevrilməsi inandırıcı deyil. Mən bu deyilənlərə inanmıram”, -Əliyev bildirib.

 

Əliyev onu da qeyd edib ki, tullantıların daşınması ilə Novxanı bələdiyyəsi məşğul olur, bələdiyyənin isə cəmi 2 zibil maşını var. "Mən bu vəzifəyə 1 ay əvvəl təyin edilmişəm, amma Novxanıdan olduğum üçün kəndə bələdəm. Ötən həftə sanita-gigiyena həkimləri ilə birgə reyd keçirdik. Təkcə iki ərazidə tullantıların vaxtında daşınmadığının şahidi olduq. Həmin ərazilər isə dərhal təmizləndi”-icra nümayəndəsi bildirib. Əliyev sakinlərin şikayəti ilə bağlı araşdırma aparacağını və əgər zibillərin həmin əraziyə atıldığı təsdiqlənərsə tədbir görüləcəyini əlavə edib. 














Son xəbərlər