Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kvadratmetrlə torpaq satılır - VİDEO

28.05.2024 16:09 1 209
Bakıda kvadratmetrlə torpaq satılır - VİDEO
Bütün ölkə üzrə torpaq sahələrinin satışı əsasən sotla aparılır. Lakin paytaxtın bəzi ərazilərində kvadratmetrlə torpaq satışına da rast gəlinir.

Maraqlıdır, torpağın bu formada satışı ərazinin az olması ilə bağlıdır, yoxsa qiymətin bahalığı ilə əlaqədardır?

Əmlakçı Yusif Quliyev Baku TV-yə açıqlamasında qeyd edib ki, kvadratmetrlə satılan torpaqlar qeyri-yaşayış sahələridir:

"Bu torpaq sahələri obyekt tikmək üçün nəzərdə tutulub. Ona görə də baha başa gəlir. Həmin torpaq sahələrində fərdi yaşayış evi tikmək mümkün deyil".

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, torpaqların kvadratmetrlə satılması ərazilərin məhdud olması ilə əlaqədardır:
"Hansısa yüngül konstruksiyalı qeyri-yaşayış obyektinin inşası üçün təxminən 20 kvadratmetrlik torpaq sahələri satılır. Həmin torpaq sahələri kəskin şəkildə bahadır. Mərkəzdə qeyri-yaşayış obyekti üçün yararlı olan torpaq sahəsinin bir kvadratmetri 10-20 min manata satılır. Bir sot torpağın qiyməti isə təxminən bir milyon manatdır".

Ekspertin sözlərinə görə, kvadratmetrlə satılan torpaqların qiymətləri ilə bərabər həmin ərazilərdə tikilən obyektlərin icarə qiymətləri də yüksək olur. Baha olsa da, mülkiyyətçilər belə torpaq sahələrini ona görə alırlar ki, həmin ərazidə inşa etdiyi istənilən mülkiyyət növünü sonradan dəfələrlə baha qiymətə sata və icarəyə verə bilsinlər.скачать dle 11.3
Mojo.az Banner