Ailəsi ilə vaqonda yaşayan əlil köçkün şikayət edir: "Qaçqınkom”un nəvələrinin milyonluq maşın kolleksiyası var, amma mənə 6-7 ədəd şifer vermədilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Ailəsi ilə vaqonda yaşayan əlil köçkün şikayət edir: "Qaçqınkom”un nəvələrinin milyonluq maşın kolleksiyası var, amma mənə 6-7 ədəd şifer vermədilər

“Qafqaz Xəbər” qəzetinin redaksiyasına Laçın rayonundan məcburi köçkün Quliyev İsak Qulu oğlu tərəfindən ölkə prezidentinə və birinci vitse-prezidentə ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur.

Məktubunda 6 nəfərdən ibarət ailəsi ilə birlikdə acınacaqlı ev şəraitində-dəmir vaqonda yaşayan əill vətəndaş Əli Həsənovun sədri olduğu Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ona adi şiferi belə qıymamasından, amma “Qaçqınkom”un öz nəvələrinə və qohum-əqrabasına bahalı avtomobillər,milyonluq mülklər, restoran və obyektlər almasından şikayət edir,“Qaqınkom”a qarşı konkret faktlarla ittihamlar səsləndirir.

Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya

Laçın rayonundan məcburi köçkün, Bakı şəhəri Suraxanı rayonu ərazisində dəmir vaqonda məskunlaşmış əlil Quliyev İsak Qulu oğlu tərəfindən

ƏRİZƏ

Çox hörmətli Prezidentimiz va xanımı!

1992-ci ildən Laçın rayonundan məcburən köçərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində altı nəfərlik ailəmlə dəmir vaqonda yaşayıram. Özüm də daxil olmaqla ailə üzvlərindən əlil olanlarım var. Bu vaxtlara qədər pis-yaxşı dolanırdıq. Yaşadığımız vaqon artıq yararsız haldadır. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət etmişəm ki, “mənə heç olmasa 6-7 ədəd şifer verin, vaqonumun üstünü özüm bağlayım”. Oradan məni çox pis təhqir edərək qovdular və dedilər ki, “sənə şifer verməyə imkanımız yoxdur”.

Ancaq mən öyrənmişəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov pulların hamısını öz qızının əri Elman Allahverdiyevə və yaxın ətraflarının müəssisələrinə köçürür .

Köçürülən pullara Əli müəllimin nəvəsi Nail Allahverdiyev isə aşağıdakı maşınları alıbdır. Aldığı maşınlarla nəvəsi iki nəfəri öldürüb, iki adamı isə əlil etmişdir.

1.Mercedes G wagon Brabus 10-PP-203  475000 manat

2.Mercedes G 65 AMG  90-HH-203  370000 manat

3.Mercedes Benz SLS AMG  10-OO-203  345000 manat

4.Mercedes Benz AMG CT  10-VV-003  220000 manat

5.Aston Martin  10- MM-203  335000 manat

6.Porsche 10-YY-203  110000 manat

7.Audi Q-7  10-VV-203  120000 manat

8.Bentley Continental GT  10-OO-014  450000 manat

9.Lexus 570  90-PL-110  200000 manat

10.Maserati  10-RR-999  180000 manat

11.Jaguar  10-US-999   420000 manat

Əli Həsənovun təkcə qız nəvəsinə aldığı maşınların dəyəri 3225000 ( üç milyon iki yüz iyirmi beş min) manatdır. Hələ onun digər nəvələrinə və qohum -əqrabasına aldığı mülklər, restoranlar və obyektlər də vardır.

Hörmətli Prezident,

Mənim kimi əlilə adi şifer verməyən sədrin hələ gizlində görün nələri vardır. Adamları isə mənə va ailəmə hədə-qorxu gəlirlər.

Xahiş edirəm köməkliyinizi bizdən əksik etməyin.

Hörmətlə, Quliyev İsak Qulu oğlu

Redaksiyadan: Qeyd edək ki, bu cür ittihamlar Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov haqda ilk dəfə səslənmir.

Bundan əvvəl də dəfələrlə onun nəvələrinə məxsus olan bir neçə milyonluq maşın kolleksiyasının fotoları və videoları mətbuatda , sosial şəbəkələrdə yayılıb və indi də bu məsələ gündəmdən düşmür.



Xatırladaq ki, Əli Həsənovun nəvəsi -1994-cü il təvəllüdlü Nail Allahverdiyevin 2017-ci il, avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilmişdir..















Mənbə: qafqazxeber.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 009 16.03.18 18:25