Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

SIPRI: Azərbaycan silah idxalına görə dünyada 27-ci yeri tutub

13.03.2018 12:18 2 952
SIPRI: Azərbaycan silah idxalına görə dünyada 27-ci yeri tutub
Azərbaycan 2016-2017-ci illərdə silah idxalına görə dünyada 27-ci yeri tutub.

"Report" xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) hesabatında göstərilir.

Hesabata əsasən, Azərbaycan iki il ərzində 551 milyon ABŞ dollar dəyərində silah alıb.

Xatırladaq ki, Azərbaycan bu dövrdə İsraildən 4 ədəd OPV-62 hərbi gəmi, 40 ədəd "Orbiter" PUA, 215 ədəd "Spike-NLOS" tank əleyhinə raket idxal edib.

Bununla yanaşı, Azərbaycan Çexiyadan 10 ədəd "RM-70" 122 mm-lik reaktiv yaylım atəş sistemi (RYAS) alıb.

Azərbaycan göstərilən dövrdə Rusiyadan 36 ədəd "TOS-1" ağır odsaçan artilleriya sistemi, 40 ədəd "BTR-82A" zirehli nəqliyyat vasitəsi, eləcə də 800 ədəd "Xrizantema" özü hərəkət edən tank əleyhinə raket kompleksi idxal edib. Slovakiyadan isə 18 ədəd 152 mm-lik "Dana" özü hərəkət edən top-haubitsa satın alınıb.

Öz növbəsində, Ermənistan göstərilən dövrdə 124 milyon ABŞ dolları məbləğində silah ixrac etməklə bu reytinqdə 54-cü yeri tutub.

Hərbi məhsulların ən böyük ixracatçılarının reytinqinə ABŞ, Rusiya, Fransa, Almaniya və Çin başçılıq edib. Onlar 2013-2017-ci illərdə dünya silah ixracının 74%-ni təmin ediblər.скачать dle 11.3
Mojo.az Banner