Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xərçəngi tamamilə məhv edən peyvənd hazırlanıb

07.03.2018 16:22 2 526
Xərçəngi tamamilə məhv edən peyvənd hazırlanıb
Harvard Universitetinin alimləri immun sisteminin xərçənglə mübarizəsinin fəallaşmasına kömək edən peyvəndin işlənib-hazırlanmasına nail olublar.

Oxu.az xəbər verir ki, bu barədə “MedicalXpress”in press-relizində məlumat verilir.

Müalicə şişlərin hər biri üçün spesifik olan neoantigenlərə - bədxassəli hüceyrələrin üzərində olan defektli peptid molekullarına əsaslanır. Dendrid hüceyrələr T-limfositlərə neoantigenləri tanımağa kömək edir və immunitetin şişlərə qarşı yönəldilən reaksiyasını təmin edir.

Tədqiqatçılar çox kiçik silikon millərdən ibarət olan və polietileniminlə - DNK və zülalların hüceyrələrə çatdırılmasında istifadə edilən birləşmə ilə örtülü biomaterialdan istifadə ediblər. Dəri altına yeridildiyi zaman o, dendrit hüceyrələrini cəlb edən üçölçülü çərçivə əmələ gətirir.

Millər neoantigenlərlə birləşdirilibi ki, bu da sonunculara dendrit hüceyrələrinin daxilinə asanlıqla daxil olmağa kömək edib.

Sınaqların nəticələri göstərib ki, belə peyvəndlər adi peyvəndlərdən daha effektivdir və siçanlarda immun sisteminin güclü reaksiyasına səbəb olub.

Belə ki, analıq boynunun xərçəngilə bağlı olan peptid Е7 tərkibli peyvənd yaradılıb. Bu, 150 gündən çox yaşayan gəmiricilərdə şişlərin tam məhv edilməsinə kömək edib, halbuki ənənəvi üsulla müalicə edilən heyvanlar 30 gün ərzində ölüb.

Son xəbərlər