Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İsveçli alimlər xərçənglə mübarizə üçün yeni anticisim yaradıblar

12.11.2024 19:20 1 818
İsveçli alimlər xərçənglə mübarizə üçün yeni anticisim yaradıblar
İsveçin Uppsala Universiteti və Kral Texnologiya İnstitutunun alimləri xərçəng şişinə qarşı T-hüceyrələrin təsirini gücləndirən yeni anticisim yaradıblar.

Araşdırmanın nəticələri “Nature Communications” (NatCom) jurnalında dərc edilib.

Alimlər eyni zamanda dərmanın çatdırılması və immun sisteminin aktivləşdirilməsi məqsədi güdən “üçü bir yerdə konstruksiyası”ndan ibarət misilsiz anticisim növü hazırlayıblar. Bu innovativ inkişaf fərdiləşdirilmiş xərçəng immunoterapiyasına yönəlib.

Preparat immun sistemini yalnız xərçəng hüceyrələrində rast gəlinən spesifik mutasiyalar olan neoantigenləri axtarıb məhv etməyə yönəldir. Yeni anticisim növü şişə yönəlmiş materialı birbaşa müəyyən immun hüceyrələrinə çatdırır və eyni zamanda onları stimullaşdırır. Bu, tədqiqatda qeyd olunduğu kimi, xərçəngə qarşı T-hüceyrələrin reaksiyasını önəmli dərəcədə gücləndirir.

İlkin təcrübələr üsulun səmərəliyini təsdiqləyib: o, insan qan nümunələrində lazımi immun hüceyrələri aktivləşdirir və heyvanlar üzərində aparılan tədqiqatlarda müsbət nəticələr göstərir. Aşağı dozada preparat alan siçanların ömrü uzanıb. Daha çox anticisim yeridilməsi heyvanları xərçəngdən sağaldıb.

Qeyd olunub ki, bu metod əvvəllər öyrənilmiş müalicə üsulları ilə müqayisədə daha təhlükəsiz olub.

Preparat iki hissədən ibarətdir: öncədən böyük miqdarda istehsal edilə bilən hədəfli bispesifik anticisim və konkret xərçəng növü üçün tez və kiçik miqyasda sintez edilən xüsusi peptid hissəsi. Bu cür kombinasiya istehsal xərclərini azaldır və terapiyanın adaptasiyasını sürətləndirir, xəstələr üçün diaqnozdan müalicəyə daha sürətli keçidi təmin edir.скачать dle 11.3
Mojo.az Banner