Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:10 İranda "Halloween" qadağan edildi | 19:03 Məşhur aktyor dünyasını dəyişdi | 18:45 Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto | 18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:18 30 həşəratın gömrük dəyəri 22,7 min manatdır: Azərbaycana milyonlarla canlı niyə gətirilir? | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə keçmiş MTN-in şöbə rəisinin cəzasını 12 ildən 5 ilə endirib

28.02.2018 18:33 2 581
Məhkəmə keçmiş MTN-in şöbə rəisinin cəzasını 12 ildən 5 ilə endirib
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, V.Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin apellasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanılıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərar da çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurorluğa göndəriləcək.

Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər