Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq MTN generalının işi üzrə məhkəmə başlayıb

18.10.2023 13:24 1 641
Sabiq MTN generalının işi üzrə məhkəmə başlayıb
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və digərləri barəsində olan hökmdən verilmiş şikayətlə bağlı proses başlayıb.

APA xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin şikayəti nəzərdə tutulan vaxtdan gec verməsi səbəbindən prosesin təxirə salındığı elan olunub.

Mövlam Şixəliyev və digərləri məhkəmədən bəraət qərarı çıxarılmasını istəyiblər.

Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şixəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Prezident İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.скачать dle 11.3
Mojo.az Banner