Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qeyri-adi hadisə: Cinsiyyəti məlum olmayan uşaq doğuldu

01.02.2018 13:52 2 652
Azərbaycanda qeyri-adi hadisə: Cinsiyyəti məlum olmayan uşaq doğuldu
Azərbaycanda cinsiyyəti məlum olmayan uşaq dünyaya gəlib.

Həkimlər onun cinsiyyətini təyin etmək üçün analizlər etmək məcburiyyətində qalıb. Bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq-cərrah Fuad Hüseynov bildirib ki, uşaq doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya olub.

Belə ki, uşağın xayaları yerində olmayıb: "Xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi. Analizlərin cavabı isə hər kəsi sevindirdi. XY, yəni xromosom analizinə görə baxdıq ki, uşaq oğlandır və ciddi endokrinoloji problemi yoxdur”. F.Hüseynov deyib ki, uşağa hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarım sünnətli) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyulub: "Yəni sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılırdı, cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilmişdi.

İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. 1 yaşında ilk etap əməliyyatını uğurla bitirdi. İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik, cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük. Hazırda evlərindədir, 2-ci seans əməliyyatını gözləyir”.

Son xəbərlər