Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

1 yaşlı uşağın böyrəklərindən böyük daşlar çıxarıldı - AZƏRBAYCANDA GÖRÜLMƏMİŞ OLAY

17.04.2018 17:00 1 941
1 yaşlı uşağın böyrəklərindən böyük daşlar çıxarıldı - AZƏRBAYCANDA GÖRÜLMƏMİŞ OLAY
Azərbaycanda qeyri-adi hadisə baş verib. 1 yaşlı uşağın hər iki böyrəyində xeyli sayda böyük daşlar aşkarlanıb.

Bununla bağlı Ailem.az-a məlumat verən uroloq-cərrah Fuad Hüseynov bildirir ki, körpə xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır idi: "1 gündür sidiyə çıxa bilmirdi, şiddətli ağrı, qusma mövcud idi. Şiddətli böyrək genişlənməsinin səbəbi hər iki böyrək ləyəninin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlardır. Uşaq təcili əməliyyata alındı, ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq”.

Cərrahın sözlərinə görə, daş analizinin cavabı zamanı məlum olub ki, sistin daşıdır: "Uşağın maddələr mübadiləsində pozğunluq olduğu üçün orqanizmi daima daş əmələ gətirməyə meylli olacaq. Ona görə də daim uşaq nefroloqu və bizim təqibimizdə olmalıdır".

Son xəbərlər