Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir həkim səhvi: Daun sindromlu uşağı dəfələrlə…

09.03.2018 17:27 3 203
Azərbaycanda daha bir həkim səhvi: Daun sindromlu uşağı dəfələrlə…
Azərbaycanda fəaliyyət göstərən klinikaların birində daun sindromlu uşağı dəfələrlə səhv əməliyyat ediblər və nəticədə böyrəyinin işləmə funksiyası 25 faizə düşüb.

Median.Az
xəbər verir ki, Yaranmış problemlə bağlı Ailem.az-a məlumat verən məşhur uroloq-cərrah Fuad Hüseynov bildirir ki, daun sindromlu 6 yaşlı uşaq böyrəyini qorumaq məqsədilə dəfələrlə əməliyyat olunub. Lakin böyrəyin işləmə funksiyası 25 faizə qədər düşüb: “Norma isə 50 % olmalıdır. Böyrəklərində genişlənmə olduğu üçün başqa klinikada 1-ci dəfə 1 yaşında böyrək ləyənin sidik axarına keçən yerində daralma olduğu deyilib. Pyeloplastika əməliyyatı olunub. Daha sonra genişlənmə davam etdiyi üçün hər iki sidik axarının sidik kisəsinə girən yerində daralma olduğu deyilib və 2 yaşında təkrar əməliyyat olunub”.

Həkim bildirir ki, bütün bu əməliyyatlara baxmayaraq, böyrəkdə yenə genişlənmə davam edib: “Həmin həkimin apardığı müayinədə məlum olub ki, əməliyyat uğursuz olub, bu dəfə də sidik sidik kisəsindən böyrəyə geri qaçır. Ailənin narazı olduğunu gördükdə deyiblər ki, daun sindromlu uşaqlarda əzələ zəifliyi olduğu üçün bu hal normaldır və antibiotik vermədən uşağı evə göndəriblər. Keçən 4 il ərzində daim həmin həkimin nəzarətinə baxmayaraq, keçirilmiş davamlı sidik yolu infeksiyası nəticəsində böyrək funksiyası 25 faizə qədər düşüb”.

F. Hüseynov məlumat verir ki, ailə onlara müraciət edib və dəfələrlə əməliyyat olunduğu üçün texniki çətinliklərlə əməliyyat icra ediblər: “Hazırda hər şey yolunda görünür”

Son xəbərlər