Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Araz Ağalarov: “Hələ bilmirik başımıza nə gələcək...”

31.01.2018 14:36 2 501
Araz Ağalarov: “Hələ bilmirik başımıza nə gələcək...”
“Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb...Üçüncüsü isə “Forbs”dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki,kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə...”

Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azrbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini “Komsomolskaya pravda” qəzetinə şərh edərkən deyib.

Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir. “Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyacanlanır”-Ağalarov əlavə edib.

Azərbaycanlı oliqarx deyib ki, adının “Kreml məruzəsi”inə daxil edilməsindən diskomfort yaşamır. “Xeyr...Nə diskomfort?...Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbətdə, var. Ayrı nə diskomfort?”-o müxbirin sualına cavab olaraq deyib.

Ağalarovun sözlərinə görə, “Kreml məruzəsi” üçün formal əsas kimi Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin göstərilməsini anlamır. Çünki amerikalılar elə beyinsiz adamlar deyil ki, Rusiyanın təsirinə uyub onun istədiyi adamı prezident seçsinlər.

“Belə vəziyyətdə biz sizinlə birlikdə Trampa müraciət edə bilərikmi? Axı onun seçilməsini dəstəkləmişik, necə deyərlər, ona səs vermişik?”-jurnalist soruşub.

“Məsələ ondadır ki...Mənim Tramp seçkilərdə qələbə qazananan sonra “Komsomolskaya pravda”ya verdiyim birinci müsahibəni yada salın. O vaxt demişdim ki, biznesmen Tramp başqa, prezident Tramp başqa. Üstəlik mən hesab edirəm ki, Tramp özü də bu fərqi dərhal başa düşmədi. O, fərqi ancaq onda anladı ki, müxtəlif strukturlarla problemləri yarandı-Müllerin komissiyası, Dövlət Departamenti, Böyük Jüri və s.”-Ağalarov cavab verib.

Biznesmen deyib ki, Trampın mobil nömrəsini bilmir. Əvvəllər onda Trampın nömrəsi olub, amma yəqin ki, prezident seçiləndən sonra dəyişib. “Ona görə də mən sizə bu məsələdə kömək edə bilməyəcəm”-o jurnalistin Trampın nömrəsini istəməsinə cavab olaraq deyib.

Son xəbərlər