Mojo.az Banner
22:55 Azərbaycanda pensiya sistemi tam dəyişə bilər  |     22:48 Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     22:40 Sakinlərin yaşayışını kabusa çevirən RESTORAN  |     22:30 Yüksək empatiya və dinləmə bacarıqları ilə seçilən BÜRCLƏR  |     22:21 Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq  |     22:14 Yeni "Covid" Kabusu: 23 ölkədə sürətlə yayıldı  |     22:04 Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək  |     21:50 “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi  |     21:43 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:37 Evi su altında qalan bəzi sakinlər hotellərə yerləşdirilib  |     21:29 Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video  |     21:22 Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi  |     21:15 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı  |     21:10 Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR  |     21:03 Starlink peyki orbitadan çıxaraq partlayıb  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:51 Xalq artisti: "Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər"  |     20:44 Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır  |     20:38 Sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdi  |    
Left Banner
Right Banner

Araz Ağalarov: Mən türkəçarə reseptləri verirəm

04.02.2019 13:22 3 907
Araz Ağalarov: Mən türkəçarə reseptləri verirəm
İstənilən iqtisadiyyatın təməlində sabitlik dayanır. Dəyişən parametrlər şəraitində siz heç vaxt heç nəyi öncədən proqnozlaşdıra, və ya layihələndirə bilməzsiniz.

İstənilən sabitliyin kökündə milli valyutanın məzənnəsi durur. Bizdə bununla bağlı daima dəyişişiklik baş verir. Gah 70-i vurub keçir, gah 65-ə qədər enir.

Bunu “Komsomolski Pravda” nəşrinə Rusiyanın əslən azərbaycanlı iş adamı, “Krokus” şirkətinin prezidenti Araz Ağalarov deyib.

“Rusiyada ticarət balansının müsbət saldosu var. Hər gün valyuta bazarından valyuta alırıq. Rublun məzənnəsinin sabitliyini nəzərə alıb bunu etmək olar. Belə olan halda məzənnə sabitliyinə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi, işçilərin maaşları da bağlı olur.

İndi isə maaşlar dəyərdən düşən rublun məzənnəsi ilə ayaqlaşmır. Ötən il rubl 15 faizdən çox dəyərini itirib. Bütün bunlar neqativ ab-hava yaradır”, - deyə o bildirib.

A.Ağalarov qeyd edib ki, Rusiya iqtisadiyyatı indiki göstəricilərlə, yəni 190 milyardlıq müsbət saldo ilə zirehli qatar kimi sarsılmaz ola bilərdi:

“Hər şey ona uyğunlaşardı – həm maaşlar, həm məvaciblər, üstəlik, beynəlxalq investisiya da gələrdi.

Çünki onlar 60 məzənnə ilə daxil olduqlarına və həmin məzənnə ilə çıxdıqlarına əmin olardırlar. Məzənnə sabit olsa, bizim banklarda depozit yatırımları (hazırda 7-8 faiz civarındadır), ilə bağlı təkliflər valyutada olacaq.

Dünyanın hansı ölkəsində depozit əmanətə görə 7-8% faiz təklif olunur? Heç yerdə. Belə olan halda bizim depozitlərə pul yatırmaq istəyən xarici investorlar da ortaya çıxacaq”.
A.Ağalarov həmçinin Rusiya iqtisadiyyatının gücləndirilməsi ilə bağlı təkliflər də verib:

“Mənim təklifim belədir: heç nəyi dəyişmək, heç nə fikirləşib ortaya çıxarmaq lazım deyil. Sadəcə, çox bəsit düzəlişlər etmək lazımdır. Cərrahlar kəsib atır, axırının nə olacağı bilinmir. Türkəçarəçi isə otların köməyilə ora-burasını düzəldir və hər şey qaydasına düşür. Mən türkəçarə reseptləri verirəm”.скачать dle 11.3
Mojo.az Banner