Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bayıl yamacındakı sürüşmənin aktivləşmə səbəbləri açıqlandı – SON DURUM

27.01.2018 17:52 3 167
Bayıl yamacındakı sürüşmənin aktivləşmə səbəbləri açıqlandı – SON DURUM
Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də "Əbədi məşəl"in önündə batma prosesi baş verdi

"Bayıl yamacında sürüşmə prosesi hələ davam edir". Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralov qeyd edib ki, yamacda dərinliyi 5-6 metr olan çatlar yaranıb.

Onun sözlərinə görə, Bayıl sürüşmə ərazisi yeni yaranan sürüşmə zonası deyil: "Ədəbiyyatlara baxanda görürük ki, təxminən 1847-ci ildən bəri — bəlkə ondan da qabaq olub, ancaq biz ədəbiyyatlarda olanı deyirik — müxtəlif illərdə və həmin ərazinin müxtəlif yerlərində çökmələr, uçqunlar, sürüşmə prosesləri baş verib. Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də "Əbədi məşəl"in önündə batma prosesi baş verdi. Burada 35 metrə yaxın böyük bir torpaq qatı çökdü. Ondan 450 metr aşağıda – Neftçilər prospektində, dənizə yaxın hissədə magistral yolda qabarma əmələ gəldi. Biz bütün bu məlumatlar haqqında atlas hazırlamışıq və əraziləri konturlaşdırmışıq. Bu gün sürüşmənin baş verdiyi ərazi də bizim tərəfimizdən sürüşməyə meylli ərazi kimi qeyd olunub".

Ekspedisiya rəisi əlavə edib ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda, fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsi səbəb olub: "Bütün bu amillər ərazinin dayanıqlığını azaltdığından yamac boyu – "Bayıl dərəsi" deyilən ərazinin sağ yamacında sürüşmə prosesləri baş verir".

Ə.Qaralov qeyd edib ki, hazırda Zığ, Günəşli yaylası sürüşmə zonalarında aktivlik olsa da, oradakı prosesin aktivliyi Bayıl yamacı ilə müqayisədə stabildir.

Son xəbərlər