Mojo.az Banner
23:00 Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO  |     22:52 Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"  |     22:48 Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın  |     22:41 Lavrovdan Paşinyana açıq xəbərdarlıq: İki stulda oturmaq olmaz  |     22:36 Bakıda sürücü sükan arxasında öldü  |     22:29 Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)  |     22:22 Azovda həlak olanların nəşi vətənə gətirildi  |     22:16 "Paşinyanı dəstəklədiyim üçün çox qürur duyuram" - Trampdan təbrik  |     22:11 Hacıqabulda açıq ərazidə yanğın söndürüldü  |     22:02 Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO  |     21:55 Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər  |     21:51 Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib  |     21:43 İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:41 Həyat yoldaşını atası ilə birlikdə qətlə yetirən qadının məhkəməsi  |     21:31 Masazırda lüks avtomobillə xuliqanlıq edən sürücü həbs edildi  |     21:30 Məzunlar təhsil xərclərini neçə ilə çıxarır? - AÇIQLAMA  |     21:21 Tovuzda fermada MÜƏMMALI ÖLÜM  |     21:17 Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı  |     21:09 Dondurmanın gözlənilməz FAYDASI  |     21:04 35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev  |    
Left Banner
Right Banner

Nikaha girənlərin NƏZƏRİNƏ: müayinəsi məcburi olan xəstəliklərin siyahısı artırılır

22.01.2018 13:26 2 053
Nikaha girənlərin NƏZƏRİNƏ: müayinəsi məcburi olan xəstəliklərin siyahısı artırılır
Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi icbarı olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.

APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.

Deputat Musa Quliyev isə bildirib ki, Ailə Məcəlləsinə dəyişikliklər etmək lazımdır. O qeyd edib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir: “Bunun olduqca gözəl nəticələri var. Təklif edirəm ki, hepatit B və hepatit C-nin də müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək”.скачать dle 11.3
Mojo.az Banner