Mojo.az Banner
19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Aprel döyüşlərində düşməni məhv edən silahların yeni partiyası Azərbaycana gətirildi - FOTO + VİDEO

19.01.2018 19:24 3 328
Aprel döyüşlərində düşməni məhv edən silahların yeni partiyası Azərbaycana gətirildi - FOTO + VİDEO
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirdi.








скачать dle 11.3
Mojo.az Banner