Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" |
Mojo.az Avto
Mojo.az Avto

5 manatlıq əskinasın üzərindəki yazının mənasını bilirsinizmi? ARAŞDIRMA (FOTO)

18.01.2018 16:56 16 170
5 manatlıq əskinasın üzərindəki yazının mənasını bilirsinizmi? ARAŞDIRMA (FOTO)
Azərbaycanın pul vahidi olan 5 manatlıq əskinasın üzərində heroqlif və qəribə hərflərə heç fikir vermisinizmi? Bu yazıların nə məna daşıdığını bilirsinizmi? Median.Az olaraq bu haqda qısa məlumat verəcəyik.

Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunub.

İlk olaraq xatırladaq ki, ağ kağızda çap olunmuş əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilib.

Əskinasın üzərində Orxon-Yenisey əlifbası ilə yazılan Gül Tigin kitabəsində deyilir:

“Türk millətinin adı sanı yox olmasın deyə atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı sanı yox olmasın deyə məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum”

Yeri gəlmişkən qeyd edək ki, saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 5 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunub. 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər var.



Orxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbasıdır. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılıb. Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanıb və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunub.
Vilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürüb. 
200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatıb. VII - X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir.



Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur.



Mənbə: faktxeber.com

Son xəbərlər