Mojo.az Banner
22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |     19:59 Mütəlim Dəmirovun avtomobilini vurub qaçıblar  |     19:39 "Port Baku"da ev yanır - VİDEO  |     19:36 Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı  |     19:34 Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək  |    
Left Banner
Right Banner

Azərbaycanda yeni on manatlıq əskinaslar - FOTO

18.03.2019 16:21 11 614
Azərbaycanda yeni on manatlıq əskinaslar - FOTO
Azərbaycanda on manatlıq əskinaslar yenilənib.

Median.Az
Mərkəzi Banka istinadən xəbər verir ki, yeni on manatlıqlarda mühafizə sistemləri artırılıb.

Yenilənmiş on manatlıq pul nişanı bugündən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan on manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Belə ki, mövcud on manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub, əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.





Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir.

Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini mətnlər və nominalın rəqəmləri görünür.




Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən 10 rəqəmi və AMB yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində 10 AZN yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb.скачать dle 11.3
Mojo.az Banner