15:24 Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!  |     15:18 Qazaxıstan prezidenti: "Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır"  |     15:12 İranda zəlzələ baş verib  |     14:41 Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti uzadıldı  |     14:35 Audiovizual Şura "Space TV"yə xəbərdarlıq etdi  |     14:21 Bakıda körpənin ağciyərindən lobya toxumu çıxarılıb  |     14:20 Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu  |     14:12 Paşinyan: "Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən 18 aya qədər azaldılacaq"  |     14:11 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb  |     14:02 Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - Video  |     13:52 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:24 Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib  |     13:20 Əməkdar mədəniyyət işçisi Fərhad Paşayev vəfat etdi - Video  |     13:18 Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video  |     13:13 Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - Video  |     13:12 Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib  |     13:05 Cenevrədə Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb  |     12:19 Azərbaycanlı reper müharibədə həlak oldu  |     12:08 Bakıda komendant işlədiyi binadan yıxılıb öldü  |    

Azərbaycanlı məmurun ölkəyə gətirdiyi bitkoin avadanlıqları sərhəddə saxlanıldı - VİDEO

Kriptovalyuta "ehtirası” bütün dünyanı ağuşuna aldığı bir vaxtda azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün hərəkətə keçiblər. Ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb. "Yeni Müsavat”a daxil olan məlumata görə belə avadanlıqların bir partiyasını da hazırda yüksək vəzifə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib. Lakin avadanlığı lazımi qaydada rəsmiləşdirməkdən yan keçmək, kriptovalyuta - bitkoin sikkələri istehsalı ilə məşğul olduğunu gizlətmək üçün fənd işlədib.

Bu isə ümumilikdə avadanlığın sərhəddə ilişib qalmasına səbəb olub. Belə ki, avadanlıq adi kompyuter avadanlığı kimi rəsmiləşdilib. Sərhəddə müvafiq yoxlamalar zamanı isə məlum olub ki, avadanlıq hissələrə sökülmüş bitkoin fermasıdır. Fermanın ümumi dəyərinin 20 min manata yaxın qiymətləndirildiyi barədə də məlumat var. Avadanlığın 1 ay ərzində 3-5 bitkoin istehsal gücünün olduğu da bildirilir. Ümümdünya torunda belə avadanlıqların satışı, qiymətləri, texniki xidmət, avadanlığın gücündən asılı olaraq nə qədər gəlir gətirməsi, quraşdırılması və s. məsələlərlə bağlı çoxsaylı videolar var.

Azərbaycanlı məmurun ölkəyə gətizdirmək istədiyi bitkoin fermasının hansı şəkildə olması, quraşdırılması haqda videonu da təqdim edirik:



Hazırda əsasən "Bitmain Atnminer S9” avadanlığına böyük tələbatın olduğu haqda da məlumatlar var. Həmin avadanlığın hansı texniki vasitələrdən ibarət olması haqda bilgiləri diqqətə çatdırmazdan əvvəl qeyd edək ki, bitkoin 17 dekabr 2017-ci tarixində 20 min 078 dollar satış qiyməti ilə tarixi bir rekord qırdı. Halbuki 2-3 il əvvəl isə 1 bitcoin 1-2 dollara bərabər idi. Düzdür, tarixi maksimuma çatdıqdan sonra kriptovlyuta bir qədər zəifləyib və hazırda 1 bitcoin 17 min dollar civarında qərarlaşıb.


"Bitkoin nədir” deyə maraqlanırsınızsa invest.az-ın təqdim etdiyi aşağıdakı məqalədə ətraflı məlumat əldə edə bilərsiniz. Bitkoin Azərbaycanda yeni populyarlaşmağa başlayıb. Xarici ölkələrdə isə pulun gələcəyi olaraq tanınır. Ölkəmizdə də tədricən tanınan bitkoin, rəqəmsal dünya üçün əlverişli bir valyuta növüdür. Bu valyutaya heç bir mərkəzi olmayan virtual valyuta deyə bilərik. Satoshi Nakamoto tərəfindən 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitkoinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti bitkoinə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitkoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.


Bitkoin necə istehsal edilir?


Bu sual "Bitcoin nə deməkdir?” sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Çünki pullar dövlətlər tərəfindən dövriyyəyə verilir və Bitkoinin dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs bitkoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, kompüterlər. Bitkoin istehsalına "mayninq” (mining) deyilir. Virtual "mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər bitkoin qazanır.


Bitcoin necə qazanılır?


İlk olaraq heç bir məbləğ ödəmədən bitkoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra bitkoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitkoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitkoin əməliyyatları kompüterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitkoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, mövcud "mayning hovuzlarına” (bitkoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. "Mayning hovuzları” olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitkoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya bitkoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz. Bitkoin ilə yanaşı Ethereum, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurluq qazanmaqdadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 876 13.01.18 16:58