Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda Xalq artistlərinin yarım milyonluq məhkəmə iclası başa çatdı

08.01.2018 13:47 6 667
Bakıda Xalq artistlərinin yarım milyonluq məhkəmə iclası başa çatdı
Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin qarşı iddiaları üzrə məhkəmə prosesi keçirilib.

Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda Xalq artistlərinin iddiaları təmin edilməyib.

M.Əsədovanın hüquqlarını müdafiə edən hüquqşünas Tağı Hüseynov Apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, M. Əsədova həmkarından 200 min manat, R. Məlik isə Xalq artistindən 300 min manat məbləğində təzminat tələb edirdi. Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

Xatırladaq ki, Xalq artistləri arasında söz-söhbət hər şey Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru”, - yazıb. Bunu özünə təhqir hesab edən Məleykə Əsədova Xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə bu davranışı cavabsız qoymamışdı. //oxu.az

Son xəbərlər