Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti Ramiz Məlik Məleykə Əsədova ilə məhkəmə prosesindən danışıb

15.05.2018 13:25 1 944
Xalq artisti Ramiz Məlik Məleykə Əsədova ilə məhkəmə prosesindən danışıb
Aktyor axşam.az-a açıqlamasında bildirib ki, qətnamə hələ verilməyib, əldə etdikdən sonra cavab verəcək:

“Qətnaməni oxuyum, sonra fikir bildirəcəm. Əgər min manat ödəmək lazımdırsa, ödəyəcəm. Amma bütöv yox, az-az… Maaşa baxan adamam, evimdə üç xəstə var. Mənim onu bütöv ödəməyə imkanım yoxdur. Onun kimi xarici ölkələrdə, bahalı yerlərdə gəzə bilmirəm. Heç bağa dincəlməyə gedə bilmirəm.

Təkzibə gəlkdikdə isə… Dəfələrlə barışığa səslədim, razılaşmadı. Hətta saytlardan birində üzr də istədim. Buna görə hamı məni qınadı. 300 min təzminat istəyib, Azərbaycanda bu qədər təzminat olub? Sosial şəbəkədə bir şəkil qoyanda hamı yüzlərlə tənqid yazır. Niyə onları məhkəməyə vermirlər?”

R.Məlik özünün də M.Əsədovanı məhkəməyə verməsindən danışıb:

“Bu haqda hələ heç bir nəticədən xəbərim yoxdur. Ailəmi zəng vurub təhqir edib, hədələyib. Mən də məhkəmədə ondan tələbimi edəcəm. Əgər apellyasiya qərarı ilə razılaşmasam, Ali məhkəməyə verəcəm”.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.скачать dle 11.3

Son xəbərlər