Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"

02.10.2026 11:37 174
Hikmət Hacıyev:
"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir".

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.

O bildirib ki, revanşist qüvvələr cəmiyyətdə hələ də kifayət qədər üstünlük təşkil edir və fərqli səslər eşidirik:

"Bu arada, digər bir narahatlıq doğuran məqam isə revanşizmin Ermənistan gəncləri arasında fəal olmasıdır. Çünki seçkidə Robert Koçaryan və Samvel Karapetyanın əsas seçici kütləsi Ermənistan gəncləri idi. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər və bu, narahatlıq doğurur. Buna görə də biz Ermənistan hökumətinə də çağırış edirik ki, öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışsınlar. Lakin Azərbaycan tərəfinin strateji qətiyyəti var. Sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional memarlıq qurmaq ki, bu, həm Ermənistan, həm də Azərbaycan xalqı üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin. Biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti ilə, baş nazir Paşinyanla deyil, Ermənistan xalqı ilə bağlamaq istəyirik".

Prezidentin köməkçisi xatırladıb ki, iki ölkə arasında ticarət əlaqələri var:

"Bir neçə il əvvəl təsəvvür belə edilməyən bəzi addımlar yerlərdə icra olunur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın qurulması tədbirləri və s. Bunlar sülh quruculuğu istiqamətində Azərbaycanın atdığı addımlardır".скачать dle 11.3
Mojo.az Banner