Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı

10.09.2026 21:43 333
Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı
Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Ardıc” ailə restoranında oğurluq hadisəsi baş verib.

Məhkəmə materiallarına əsasən, naməlum şəxs restoranın mətbəxinin pəncərəsindəki toru cıraraq içəri daxil olub. O, mətbəxdən bir ədəd samovar, 7 kiloqram quzu əti, 5 kiloqram mal əti, 8 kiloqram kənd toyuğu, 2 kiloqram “Beluqa” balığı, 4 kiloqram farş, 7 ədəd “Banketnaya” markalı araq və 10 ədəd “Duşes” şirin suyu götürərək hadisə yerindən uzaqlaşıb.

Oğurlanan əmlakın ümumi dəyəri zərərçəkmiş şəxsin hesablamasına əsasən, 1270 manat təşkil edib.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, oğurladığı ərzaq və içkilərin bir hissəsini istifadə etdiyini, bəzilərini isə küçədə yaşayan kimsəsiz şəxslərə verdiyini bildirib.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
//qaynar.az

Son xəbərlər