Mojo.az Banner
21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |     20:15 Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs  |     20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda ticarət mərkəzindən 1 ton noxud oğurlanıb

16.04.2025 20:28 720
Cəlilabadda ticarət mərkəzindən 1 ton noxud oğurlanıb
Cəlilabad şəhərində fəaliyyət göstərən "Rizvan” Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, sözügedən ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan N.B.-nin mağazasından noxud oğurlanıb. Sonradan məlum olub ki, hadisəni törədən ticarət mərkəzinin fəhləsidir.

İstintaqla müəyyən edilib ki, H.D. sözügedən mağazadan üç dəfə oğurluq edib. Hər üçündə noxud oğurlayıb. O, birinci dəfə 400 manat dəyərində 200 kiloqram, ikinci dəfə 150 manat dəyərində 75 kiloqram, üçüncü dəfə isə 1450 manat dəyərində 725 kiloqram noxud oğurlayıb.

Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə mühakimə olunan H.D. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs törətdiyi əməli maddi imkansızlığı ilə izah edib.

Məhkəmənin hökmü ilə H.D. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs kimi tutulduğu 2 gün 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner