Mojo.az Banner
18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

10.09.2026 13:13 201
Qadını ütü ilə vuran şəxs:
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama əsasən, hadisə bu il saat 12 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, Ağasif Məmmədov həyat yoldaşı, zərərçəkmiş Günayə Məmmədova (adı, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra isə masanın üzərindən ütünü götürərək Günayənin baş nahiyəsinə qəsdən bir dəfə vurub.

Nəticədə zərərçəkmiş şəxsin başının təpə nahiyəsində əzilmiş-cırılmış yara, başın alın və sağ said nahiyələrində qançırlar, eləcə də sol əl nahiyəsində sıyrıq xəsarətləri yaranıb.

Məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və ifadəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Evliliyin ilk illərində münasibətlərinin normal olduğunu deyən təqsirləndirilən şəxs sonradan aralarında problemlərin yarandığını qeyd edib.

O, münasibətlərinin pozulmasının əsas səbəblərindən birinin Günayə Məmmədovanın son vaxtlar ondan gizli şəkildə mobil telefonla danışması olduğunu söyləyib.

Ağasif Məmmədovun dediyinə görə, həmin vaxt qadının mənzilin qonaq otağında telefonla kiminləsə danışdığını görüb: "Günayənin kiminlə danışdığını soruşsam da, cavab ala bilmədim. Həmin vaxt içkili vəziyyətdə idim və buna görə əsəbiləşdim. Telefonla kiminlə danışdığını öyrənmək üçün mobil telefonu istəsəm də, o, vermədi. Bundan sonra aramızda mübahisə yarandı".

Ağasif Məmmədov məhkəmədə etiraf edib ki, mübahisə zamanı həyat yoldaşının sifət və qol nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra masanın üzərində olan ütünü götürərək Günayənin başına bir dəfə vurduğunu deyib: "Bundan sonra evdən çıxaraq getdim".

O, məhkəmədə bildirib ki, hazırda Günayə ilə boşanıblar və artıq birlikdə yaşamırlar.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.скачать dle 11.3
Mojo.az Banner