Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın |
Mojo.az Avto
Mojo.az Avto

Məşhur yunan müğənni 54 yaşında öldü

10.09.2026 12:22 609
Məşhur yunan müğənni 54 yaşında öldü
Məşhur yunanıstanlı müğənni Yorqos Mazonakis Afinada yerləşən özəl klinikalardan birində ürəktutması nəticəsində 54 yaşında dünyasını dəyişib.

Median.Az
Yunanıstan mətbuatına istinadən xəbər verir ki, sənətçi kök hüceyrə terapiyası almaq məqsədilə tibb müəssisəsinə gedib.

Onun ürəyi venadaxili kateterin tətbiqindən sonra fəaliyyətini dayandırıb.

Hadisədən bir neçə dəqiqə sonra ifaçı təcili tibbi yardım maşını ilə başqa xəstəxanaya aparılıb. Reanimasiya şöbəsində aparılan süni tənəffüs və digər tibbi müdaxilələrə baxmayaraq, həkimlər onu həyata qaytara bilməyiblər və ölüm faktını qeydə alıblar.

Qeyd edək ki, 1972-ci ildə Pirey bölgəsinin Nikeya qəsəbəsində doğulan Mazonakis, 1990-cı illərin başlanğıcında müxtəlif klublarda səhnəyə çıxıb. O, Yunanıstanın musiqi sahəsinə 20 yaşında daxil olub.

Sənətçinin yaradıcılıq yolu indiki "Universal Music", o dövrdə isə "PolyGram" adlanan şirkətlə müqavilə bağladıqdan sonra inkişaf etməyə başlayıb. Məhz bu şirkət 1993-cü ildə onun ilk albomunu çıxarıb.

İfaçının musiqi tərzi Stratos Dionisiu, Yannis Parios, Marinella və Xaris Aleksiu kimi korifey yunan sənətkarlarının təsirini müasir pop ritmləri ilə ahəngdar şəkildə birləşdirirdi. Özünəməxsus səhnə performansı onu yerli pop musiqisinin aparıcı simalarından birinə çevirmişdi.

Öz dövrünün ən sevilən ifaçılarından sayılan Mazonakis böyük izləyici kütləsinə malik idi.
//oxu.az

Son xəbərlər