Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR
Dünən, sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanat qurğusunun trosu qırılıb, iki nəfər həlak olub. Hadisə ilə bağlı hazırda Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Kanat qurğusunun trosunun qırılması hansı texniki səbəblərdən baş verə bilər?
Belə qurğularda tros nə qədər müddətdən bir texniki baxışdan keçirilməlidir?
Trosun istismar müddəti varmı? Müəyyən müddətdən sonra dəyişdirilməsi məcburidirmi?
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib:
"Turizm və istirahat mərkəzlərində istifadə olunan kanad ziplayın və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olan ciddi nəzarət tələb edən texniki qurğulardır. Ölkəmizdə qüvvədə olan normativ qaydalara əsasən sərnişin işini daşıyan bu sistemlər qanunvericilikdə təhlükə potensiallı obyekt statusuna malikdir. Mütləq dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu, o deməkdir ki, həmin qurğuların istismarı heç kimin şəxsi istəyinə deyil, dövlətin təsdiq etdiyi konkret reqlamentlərə tabedir. Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı FAKTİKİ düşən canlı yükdən ən azı 3-4 dəfə artıq qat ağırlığa hesablanmalıdır. Nəzərə almaq lazımdır ki, polad-tros adi bir məftil deyil, xüsusilə hörülmüş dözümlü materiallıdır. Belə troslar heç vaxt qəfil 1 saniyənin içində durduq yerə qırılmır".
Polad trosların qırılmazdan öncə siqnal verdiyini deyən mütəxəssis əlavə edib:
"Telləri tək-tək didilir, karroziyaya uğrayır, bərkidilmə nöqtələrində əyilmələr baş verir. Qaydalarda da çox aydın göstərilib ki, trosun diametri sürtünmədən və ya pasdan cəmi 7% kiçilərsə, yaxud daxili metal kəsiyinin 10%-i yeyilərsə, o tros üzdən bütöv və ya təzə görünsə belə, dərhal yararsız sayılmalı və istismardan çıxarılmalıdır. Hətta kəskin hava təsirindən və ya ildırım vurmasından sonra belə, tros xüsusi diaqnostik cihazla yoxlanılmalıdır. Yəni qurğu dərhal işə salınmamalıdır. Dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsip var. İnsan daşınan yerdə təhlükəsizlik bircə trosa etibar edilməməlidir".
Orxan Musayev qeyd edib ki, mütləq paralel işləyən ikinci ehtiyat xətt olmalıdır ki, əsas trosda hər hansısa bir qırılma baş verərsə, ondan istifadə edən insan bədbəxt hadisələrlə üzləşməsin.
Təhlükəsizliyin təmin edilməsində digər ən vacib amilə toxunan mütəxəsis deyib:
"Personal və bələdçi heyəti də burada önəm daşıyır. Qanunvericilik birbaşa tələb edir ki, bu qurğularda çalışan bələdçilər, təlimatçılar və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni atestasiyadan keçmiş şəxslər olmalıdır. Təlimatçının vəzifəsi təkcə sərnişinə kəmər taxmaqdan ibarət deyil. O, vətəndaşlara texniki qaydaları izah etməlidir, çəki limitini dəqiq nəzərə almalı və ən əsası qurğuda, kəmərdə və ya trosda ən kiçik nəsazlıq görsə, dərhal prosesi dayandırmalıdır".
Orxan Musayev sonda vurğulayıb ki, normativ sənədlərdə hər bir detal hər səhər keçirilməli olan gündəlik vizual baxışlar, testlər, sınaqlar bələdçilərin hazırlığı və dövlət orqanları tərəfindən aparılan illik, illkin və dövrü müayinələr birmənalı şəkildə təsbit olunub. Burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərində düşür. Hər bir istirahat mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları form
al sənəd deyil, birbaşa insan həyatı deməkdir və bu standartlar hər zaman ön planda dayanmalıdır.
Dəniz Pənahova
Median.Az
Kanat qurğusunun trosunun qırılması hansı texniki səbəblərdən baş verə bilər?
Belə qurğularda tros nə qədər müddətdən bir texniki baxışdan keçirilməlidir?
Trosun istismar müddəti varmı? Müəyyən müddətdən sonra dəyişdirilməsi məcburidirmi?
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib:"Turizm və istirahat mərkəzlərində istifadə olunan kanad ziplayın və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olan ciddi nəzarət tələb edən texniki qurğulardır. Ölkəmizdə qüvvədə olan normativ qaydalara əsasən sərnişin işini daşıyan bu sistemlər qanunvericilikdə təhlükə potensiallı obyekt statusuna malikdir. Mütləq dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu, o deməkdir ki, həmin qurğuların istismarı heç kimin şəxsi istəyinə deyil, dövlətin təsdiq etdiyi konkret reqlamentlərə tabedir. Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı FAKTİKİ düşən canlı yükdən ən azı 3-4 dəfə artıq qat ağırlığa hesablanmalıdır. Nəzərə almaq lazımdır ki, polad-tros adi bir məftil deyil, xüsusilə hörülmüş dözümlü materiallıdır. Belə troslar heç vaxt qəfil 1 saniyənin içində durduq yerə qırılmır".
Polad trosların qırılmazdan öncə siqnal verdiyini deyən mütəxəssis əlavə edib:
"Telləri tək-tək didilir, karroziyaya uğrayır, bərkidilmə nöqtələrində əyilmələr baş verir. Qaydalarda da çox aydın göstərilib ki, trosun diametri sürtünmədən və ya pasdan cəmi 7% kiçilərsə, yaxud daxili metal kəsiyinin 10%-i yeyilərsə, o tros üzdən bütöv və ya təzə görünsə belə, dərhal yararsız sayılmalı və istismardan çıxarılmalıdır. Hətta kəskin hava təsirindən və ya ildırım vurmasından sonra belə, tros xüsusi diaqnostik cihazla yoxlanılmalıdır. Yəni qurğu dərhal işə salınmamalıdır. Dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsip var. İnsan daşınan yerdə təhlükəsizlik bircə trosa etibar edilməməlidir".
Orxan Musayev qeyd edib ki, mütləq paralel işləyən ikinci ehtiyat xətt olmalıdır ki, əsas trosda hər hansısa bir qırılma baş verərsə, ondan istifadə edən insan bədbəxt hadisələrlə üzləşməsin.
Təhlükəsizliyin təmin edilməsində digər ən vacib amilə toxunan mütəxəsis deyib:
"Personal və bələdçi heyəti də burada önəm daşıyır. Qanunvericilik birbaşa tələb edir ki, bu qurğularda çalışan bələdçilər, təlimatçılar və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni atestasiyadan keçmiş şəxslər olmalıdır. Təlimatçının vəzifəsi təkcə sərnişinə kəmər taxmaqdan ibarət deyil. O, vətəndaşlara texniki qaydaları izah etməlidir, çəki limitini dəqiq nəzərə almalı və ən əsası qurğuda, kəmərdə və ya trosda ən kiçik nəsazlıq görsə, dərhal prosesi dayandırmalıdır".
Orxan Musayev sonda vurğulayıb ki, normativ sənədlərdə hər bir detal hər səhər keçirilməli olan gündəlik vizual baxışlar, testlər, sınaqlar bələdçilərin hazırlığı və dövlət orqanları tərəfindən aparılan illik, illkin və dövrü müayinələr birmənalı şəkildə təsbit olunub. Burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərində düşür. Hər bir istirahat mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları form
al sənəd deyil, birbaşa insan həyatı deməkdir və bu standartlar hər zaman ön planda dayanmalıdır.Dəniz Pənahova
Median.Az