Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA

11.09.2026 16:56 453
Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA
Şəkidə 4 nəfərin çaqqal tərəfindən dişlənməsi vəhşi heyvanların insan sağlamlığı üçün yarada biləcəyi riskləri yenidən gündəmə gətirib. Belə hallarda əsas narahatlıqlardan biri quduzluq xəstəliyinə yoluxma ehtimalıdır. Bəs çaqqal dişləməsindən sonra hansı tədbirlər görülməlidir, quduzluğa qarşı vaksin mövcuddurmu və vaxtında müdaxilə edilmədikdə hansı təhlükələr yarana bilər?

Hadisə ilə bağlı Median.Az-a açıqlama verən tibb üzrə mütəxəssis-ekspert Adil Qeybulla bildirib:

"Ümumiyyətlə vəhşi heyvanların, xüsusilə də itlərin, çaqqalların, pişiklərin insana hücumu təsadüfi deyil. Bunlar ya aclıqdan, ya da quduzluqdan baş verə bilər. Hər halda quduz heyvanın aqressiv olması nəzərdə tutulmalıdır".
Mütəxəssis qeyd edib ki, belə heyvanlarda sudan, işıqdan qorxma və aqressiya müşahidə edilir. Bu da virusun insana keçməsinə səbəb ola bilər. Ona görə də bu cür heyvanların dişləməsi zamanı mütləq quduzluq əleyhinə vaksin vurulmalıdır.

Ekspert əlavə edib ki, bu vaksin profilaktik məqsədlə vurulur. 6 saat ərzində insan nəzarət altında saxlanılır. Əgər heyvan ev heyvanıdırsa, o da nəzarətə götürülür. Quduzluğun hər hansı bir əlaməti baş verərsə, dərhal müalicə tədbirləri görülməlidir. Həmin vaksinasiyanın dozası da dəyişdirilir. Erkən vaksinasiya insanları bu virusdan və ağır situasiyadan xilas edə bilir.
Dəniz Pənahova
Median.Az

Son xəbərlər