Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama

11.09.2026 15:46 630
Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca valideynlərin məktəb alış-verişi də gündəmə gəlir. Məktəbli geyimindən tutmuş çanta, dəftərxana ləvazimatları və digər ehtiyaclara qədər olan xərclər ailə büdcəsinə əlavə yük yaradır. Bu il isə qiymətlərin ötən illə müqayisədə artması məktəbə hazırlığın ailələr üçün daha baha başa gələcəyini göstərir.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında bildirib ki, tədris ilinin başlanğıcı ilə əlaqəli şagird və tələbə valideynlərinin əlavə xərcləri yaranır:

“Yəni bu, ənənəvi bir məsələdir və hər il müzakirə olunur. Azərbaycanda yerli istehsalın çox zəif olduğundan biz məktəb ləvazimatlarının və geyimlərin bir çoxunu xaricdən alırıq. Ona görə də faktiki olaraq biz xaricdəki və daxildəki qiymət artımını paralel yaşayırıq. Xaricdə logistika ilə əlaqədar qiymət artımı daxildəki inflyasiya ilə üst-üstə gəlir və nəticədə qiymətlər artır. Bu il keçən illə müqayisədə qiymətlərin təxminən 10-12 faiz daha yüksək olduğunu müşahidə edirik. Hər bir şagirdin ailə büdcəsinə məktəbə hazırlıq təxminən 250-300 manata başa gəlir. Yəni minimum xərcləri hesablasaq, bir şagirdin məktəbə hazırlanması orta hesabla 250-300 manat təşkil edir. Təbii ki, imkanlı ailələr var ki, bir çantaya o qədər pul verirlər. Amma orta hesabla götürsək, təqribən bir şagirdin məktəbə hazırlanması 250-300 manata başa gəlir”.

Aysel

Son xəbərlər