Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub

11.09.2026 16:33 372
Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub
Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən sonuncu iclasda Elmira İbrahimova son söz zamanı həyat yoldaşını qəsdən yox, təsadüfən öldürdüyünü vurğulayaraq məhkəmədən onun barəsində ədalətli hökm çıxarılmasını xahiş edib.

Müşavirədən sonra hökm oxunaraq Elmira İbrahimova 12 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Qəsəbədə yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində bir ildən sonra S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Təqsirləndirilənin məhkəmədəki ifadələrindən məlum olub ki, o, həyat yoldaşını ona işgəncələr verdiyinə görə həyatdan məhrum edib. Bundan sonra o, meyiti həyətdə qazdığı quyuda basdıraraq 11 ay gizlədib.

Son xəbərlər