Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər

09.09.2026 13:39 660
İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər
Şəki yaylasında iki nəfərin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır. Hadisə bu gün baş verib. İlkin məlumata görə, Qax rayon sakinləri 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu istirahət mərkəzinin ərazisində hündürlükdən yıxılaraq həyatlarını itiriblər. Hazırda hadisənin başvermə səbəbləri və yıxılmanın hansı şəraitdə baş verdiyi araşdırılır. Məsələnin diqqət çəkən tərəflərindən biri də istirahət mərkəzində təhlükəsizlik qaydalarına əməl olunub-olunmamasıdır. Belə hallarda obyekt sahibinin və ya məsul şəxslərin təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təmin edib-etməməsi hüquqi baxımdan araşdırma predmeti ola bilər. Araşdırma zamanı səhlənkarlıq və ya təhlükəsizlik qaydalarının pozulması nəticəsində ölümə səbəb olunduğu müəyyənləşdirilərsə, təqsirli şəxslərin qanunvericiliyə uyğun cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxıla bilər.

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Median.Az-a açıqlamasında deyib ki, bu hallar konkret araşdırılmalıdır:

“Yəni orada trosdan istifadə olunubsa, ilk növbədə təhlükəsizlik qaydalarının olub-olmamasına baxılmalıdır. Birinci məsələ budur ki, qaydalar mövcuddur, yoxsa yoxdur? Qaydalar təsdiq olunub, yoxsa yoxdur? Həmçinin həmin trosu gün ərzində bağlayan və açan müvafiq işçilər bu qaydalarla tanış ediliblər, ya yox? Buna görə obyektin sahibi, direktoru və digər məsul şəxslər cavabdehlik daşıyırlar. Əgər bunu etməyiblərsə, onların məsuliyyətə cəlb olunması məsələsi gündəmə gələ bilər. Yox, əgər onlar öz vəzifələrini yerinə yetiriblərsə, yəni müvafiq qaydaları işçilərə izah ediblərsə, amma işçilər həmin qaydaları pozublarsa, bu halda artıq işçilərin öz məsuliyyəti yaranır. Hansı ki, onlar gündəlik olaraq orada işləyirlər və həmin qaydalara riayət etməlidirlər".

O qeyd edib ki, burada ehtiyatsızlıq, texniki təhlükəsizlik qaydalarına riayət etməmə, səhlənkarlıq və digər hallar məsələsi gündəmə gəlir:

"Buna görə, azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur. Amma hazırda konkret olaraq araşdırılmalıdır ki, kimin günahı varsa, həmin şəxs də məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda, 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hadisənin tikinti işləri zamanı baş verdiyi müəyyən edilərsə, Cinayət Məcəlləsinin 222-ci maddəsinin müvafiq müddəaları da tətbiq oluna bilər. Bu halda insan ölümünə səbəb olan təhlükəsizlik qaydalarının pozulmasına görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Aysel

Son xəbərlər