Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama

07.09.2026 12:36 372
İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 36 yaşlı Əlabbas Səməndər oğlu Niftalıyev kamera quraşdırdığı zaman elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Hadisə iş prosesində baş verdiyi üçün burada əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması məsələsi də gündəmə gəlir. Belə hallarda qəzanın səbəblərinin araşdırılması və məsul şəxslərin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Median.Az-a açıqlamasında deyib ki, hadisə əmək funksiyalarının yerinə yetirilməsi zamanı baş verdiyi üçün işəgötürənin məsuliyyəti ola bilər:

“Bu məsələ bir neçə aspektdən araşdırılmalıdır. Əmək Məcəlləsinə əsasən, komissiya yaradılmalı və bir sıra suallara cavab verilməlidir. İlk növbədə, həmin işin işçinin əmək funksiyasına daxil olub-olmadığı, onun bu işi görməyə icazəsinin və müvafiq ixtisasının olub-olmadığı müəyyənləşdirilməlidir. Həmçinin işçinin texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılıb-təlimatlandırılmadığı araşdırılmalıdır. Bundan əlavə, işçinin müvafiq alət və avadanlıqlarla təmin olunub-olunmadığı, avadanlıqların texniki tələblərə cavab verib-vermədiyi də müəyyənləşdirilməlidir. Araşdırma zamanı hansı məsələlərin işəgötürənin öhdəliyinə daxil olduğu dəqiqləşdirilməlidir. Əgər işəgötürənin üzərinə düşən öhdəliklərdən hər hansı biri yerinə yetirilməyibsə, onun məsuliyyəti yarana bilər. Yox, əgər avadanlıqda ciddi pozuntu olubsa və bu, vəzifələrin yerinə yetirilməməsi ilə bağlıdırsa, cinayət məsuliyyəti də yarana bilər. Belə halda şəxs 3 il, 5 il və ya qanunvericilikdə nəzərdə tutulan digər müddətə azadlıqdan məhrum edilə bilər. Əgər işəgötürən öz üzərinə düşən bütün tədbirləri həyata keçiribsə və hadisə işçinin öz səhvi nəticəsində baş veribsə, bu halda məsuliyyət məsələsi fərqli qiymətləndirilə bilər”.

O qeyd edib ki, həmçinin hadisənin üçüncü şəxsin hərəkətləri nəticəsində baş verməsi də mümkündür:

“İşəgötürənin məsuliyyəti inzibati, cinayət və mülki xarakter daşıya bilər. Pozuntu inzibati xəta təşkil edirsə, işəgötürən cərimə oluna bilər. Təhlükəsizlik tələblərinin ciddi şəkildə pozulması və bunun nəticəsində ağır nəticələrin yaranması halında isə cinayət məsuliyyəti də tətbiq oluna bilər. Bundan əlavə, işçinin ailəsinə kompensasiya ödənilməsi ilə bağlı mülki məsuliyyət yarana bilər. Lakin bütün bunlar yalnız araşdırma nəticəsində işəgötürənin məsuliyyətinin sübuta yetirildiyi halda mümkündür.”

Aysel

Son xəbərlər