Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

“Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA

09.09.2026 11:06 591
“Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA
Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. Hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həlak olublar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bəs kanat sistemlərinin təhlükəsiz istismarına kim cavabdehdir, texniki yoxlamalar hansı qaydada aparılmalıdır və trosun qırılması hansı hallarda baş verə bilər?

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Median.Az-a açıqlamasında deyib ki, 8 sentyabr tarixində baş verən hadisə ilə bağlı hazırda prokurorluq tərəfindən araşdırma aparılır:

“Bu səbəbdən də ekspertiza nəticələri ortaya çıxmadan konkret nasazlığın və ya hər hansı şəxsin təqsirinin olduğunu qəti şəkildə söyləmək doğru olmaz. Trosun qırılması hadisənin necə baş verdiyi barədə müəyyən məlumat verə bilər. Lakin onun hansı səbəbdən və nə üçün qırıldığının müəyyənləşdirilməsi ayrıca araşdırma tələb edir. Nəzarət və məsuliyyət məsələsinə gəldikdə isə, kanat sisteminin təhlükəsiz istismarının təmin edilməsinə ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir. Müəssisə tərəfindən məsul şəxs müəyyən edilməli və bu məsələ daxili əmrlə rəsmiləşdirilməlidir. Həmçinin, qurğuda müvafiq hazırlıq keçmiş operatorlar çalışmalı, onların təlim və sertifikatlaşdırılması təmin edilməlidir. Texniki xidmət və baxışların da mütəmadi şəkildə həyata keçirilməsi müəssisənin əsas öhdəliklərindəndir. Attraksionların texniki təhlükəsizliyinə dövlət nəzarətini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirir. Bununla belə, dövlət tərəfindən aparılan yoxlamalar müəssisənin gündəlik nəzarət məsuliyyətini aradan qaldırmır. Dövlət yoxlamaları planlı və növbədənkənar formada keçirilə bilər. Yoxlama zamanı hər hansı qüsur müəyyən edilərsə, qurğunun fəaliyyəti dayandırıla və ya müəssisəyə yerinə yetirilməsi məcburi olan göstəriş verilə bilər”.

O qeyd edib ki, yoxlamaların müddətinə gəldikdə, gündəlik baxışlarla dövri texniki müayinələri bir-birindən fərqləndirmək lazımdır:

“FHN-in tələblərinə əsasən, qurğulara gündəlik baxış keçirilməlidir. Praktikada bu baxış ziyarətçilərin attraksionlardan istifadəsindən əvvəl təlim keçmiş və səriştəli əməkdaş tərəfindən aparılmalı və nəticələri mütləq qeydə alınmalıdır. İlkin mərhələdə vizual inspeksiya həyata keçirilir. Yəni qurğuda gözlə görünən hər hansı qüsur və ya uyğunsuzluq aşkar edilərsə, istismar prosesi dərhal dayandırılmalıdır. Bununla yanaşı, daha ətraflı texniki yoxlamalar zamanı qeyri-dağıdıcı nəzarət üsullarından da istifadə olunur. Tros, kanat, lift və digər qaldırıcı qurğular üçün ildə ən azı bir dəfə texniki yoxlamanın aparılması minimum tələblərdən biridir”.

Ekspert diqqətə çatdırıb ki, təhlükəsizliyə təsir göstərə biləcək təmir və dəyişikliklərdən, eləcə də baş vermiş hadisədən sonra qurğu yenidən istifadəyə verilməzdən əvvəl əlavə yoxlamanın aparılmasının zəruriliyi qiymətləndirilməlidir:


“Konkret müayinə və sınaq proqramı isə qurğunun növünə və istismar sənədlərinə uyğun müəyyən edilməlidir. Təhlükəsizlik baxımından mexanikləşdirilmiş attraksionun texniki pasportu, tələb olunan qeydiyyat və istismara buraxılma sənədləri olmalıdır. Operatorların hazırlığı və attestasiyası təmin edilməli, istifadəçilərə təhlükəsizlik qaydaları izah olunmalıdır. Burada attestasiya dedikdə operatorların əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin qiymətləndirilməsi nəzərdə tutulur. Lakin müvafiq sənədlərin olması qurğunun həmin gün texniki baxımdan saz vəziyyətdə olduğunu avtomatik olaraq təsdiqləmir. Yəni bütün sənədlər qaydasında olsa belə, qurğu faktiki olaraq istismara yararsız vəziyyətdə ola bilər. Buna görə də qurğunun hər istifadədən əvvəl real texniki vəziyyəti yoxlanılmalıdır. Texniki nəzarət yalnız trosun vəziyyətinin yoxlanılması ilə məhdudlaşmamalıdır. Dayaqlar, bərkitmə nöqtələri, birləşmələr, əyləc sistemləri və sərnişinlərin təhlükəsizliyini təmin edən digər mexanizmlər də kompleks şəkildə yoxlanılmalıdır. Lazım olan hissələrdə qeyri-dağıdıcı nəzarət üsullarından istifadə edilməli, aşınmış komponentlər müəyyən olunmuş meyarlara əsasən dəyişdirilməlidir.

Bundan başqa, attraksion üçün müəyyən edilmiş çəki və sərnişin sayı limitlərinə, eləcə də hava şəraiti ilə bağlı məhdudiyyətlərə əməl olunmalıdır. Hər istifadədən əvvəl sərnişinlərin qurğuda düzgün və təhlükəsiz şəkildə bərkidilməsi də yoxlanılmalıdır. Qurğunun xüsusiyyətlərindən asılı olaraq qəza zamanı onu dayandırmaq və sərnişinləri təhlükəsiz şəkildə təxliyə etmək imkanları olmalıdır. Bunun üçün hündürlükdən xilasetmə planı, lazımi avadanlıqlar və hazırlıqlı heyət təmin edilməlidir. Burada söhbət fövqəladə vəziyyət zamanı xilasetmə planını həyata keçirə biləcək xüsusi xilasetmə dəstəsindən gedir”.

Onun sözlərinə görə, ən əsas tələb isə təhlükəsizliyə təsir edən hər hansı nasazlıq aşkarlandığı halda qurğunun fəaliyyətinin dərhal dayandırılmasıdır:

“Qurğunun təhlükəsiz vəziyyətdə olduğu təsdiqlənməyənə qədər onun yenidən istismara verilməsi yolverilməzdir. Əsas prinsip bundan ibarətdir ki, texniki yoxlama yalnız sənədləşmə və imza ilə məhdudlaşan formal prosedur olmamalıdır. Bu yoxlamalar real nəzarət mexanizmi kimi insan həyatının qorunmasına xidmət etməlidir”.

Aysel

Son xəbərlər