Mojo.az — elanlar
Bakı
RU
Son Xəbərlər
14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU

01.09.2026 16:57 324
Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU
Sabiq hərbi qulluqçular Tural Nuriyev və Əsəd Əliyev hərbi qulluqçuların müayinə nəticələrinə müdaxilə etmək adı ilə pul vəsaitlərini ələ keçirməkdə təqsirləndiriliblər.

Median.Az
APA-ya istinadən xəbər verir ki, 4 nəfərə qarşı dələduzluqda ittiham olunan həmin şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əsəd Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən Tural Nuriyev isə 4 min manat məbləğində cərimə cəzasına məhkum edilib.

İttihama görə, təqsirləndirilən Əsəd Əliyev tanışı olan hərbi qulluqçunun mobil telefonla danışarkən onun və xidmət yoldaşlarının barəsində narkoloji ekspertiza keçirildiyini öyrənib. Həmin telefon söhbətində 4 hərbçi vaxtilə narkotik istifadə etdiklərinin qan analizi nəticəsində aşkarlanacağından narahat olduqlarını bildiriblər.

Ə.Əliyev bundan istifadə edərək qanunsuz yolla qazanc əldə etmək qərarına gəlib. Bu məqsədlə telefonla yoluxucu xəstəliklər ixtisası üzrə rezidenturada təhsil alan hərbçi tanışı T.Nuriyevə niyyətini bildirib. Bundan sonra onlar analiz verən şəxslərdən 10 min manata yaxın pul alaraq analiz nəticələrinə təsir edəcəklərini bildiriblər.

Zərərçəkən şəxslər aldadıldıqlarını anlayandan sonra bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bununla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham ediliblər.

Son xəbərlər