Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni su tarifləri müəyyənləşdi

01.09.2026 15:30 492
Azərbaycanda yeni su tarifləri müəyyənləşdi
Bu gündən sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.

ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir:

"Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilib.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilib.

Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət edirlər".

Qurumdan bildirilib ki, müraciət çərçivəsində ərizəçinin təqdim etdiyi sənədlər təhlil olunur və onların müvafiq Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Bununla yanaşı, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, həmçinin su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır:

"Aparılan təhlil və qiymətləndirmənin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya icazənin verilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir".

Son xəbərlər