Mojo.az Banner
21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |     19:10 Tokayev hökuməti istefaya göndərdi  |    
Left Banner
Right Banner

Bakıda tarixi məscidə və daha iki memarlıq abidəsinə qanunsuz müdaxilə olub - RƏSMİ

28.08.2026 12:44 156
Bakıda tarixi məscidə və daha iki memarlıq abidəsinə qanunsuz müdaxilə olub - RƏSMİ
Baş Prokurorluq tərəfindən Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür:

"Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, 81 və Bülbül prospekti, 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, habelə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə qanunvericiliyin tələbləri pozulmaqla, müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin həyata keçirildiyi müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.

Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, tarix və mədəniyyət abidələrinin qorunması dövlət tərəfindən təmin olunur. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadan həyata keçirilməsinə yol verilmir.

Xəbərdarlıq qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətini istisna etmir.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mədəni sərvətlərin qorunması ilə bağlı müəyyən edilmiş tələblərin pozulması, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsi inzibati məsuliyyətə səbəb olur.

Bununla yanaşı, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunda nəzərdə tutulmuş hallarda qəsdən korlanması və ya məhv edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər həmin Məcəllənin 246-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər.

Tarix və mədəniyyət abidələri xalqımızın milli-mədəni irsinin mühüm hissəsidir. Onların tarixi və memarlıq xüsusiyyətlərinin qorunması milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Vətəndaşları və aidiyyəti şəxsləri dövlət mühafizəsinə götürülmüş abidələrdə hər hansı təmir, bərpa, yenidənqurma və digər işlər aparmazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş tələblərə və razılaşdırma prosedurlarına ciddi əməl etməyə çağırırıq.

Tarixi və mədəni irsimizin qorunması həm hüquqi, həm də mənəvi məsuliyyətdir".скачать dle 11.3
Mojo.az Banner