Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağına etiraz edir

27.08.2026 19:55 303
Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağına etiraz edir
“Farmaniya.com” onlayn piramidasının idarəetmə panelinin admini Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlar onun cinayət işi üzrə zərərçəkmiş şəxslərin ciddi narazılığına səbəb olub.

Median.Az
xəbər verir ki, Musavat.com-a müraciət edən zərərçəkənlər bildiriblər ki, onlar Hüseyn Quliyevin cəzasının ağırlaşdırılmasını tələb etdikləri bir vaxtda müxtəlif mənbələrdən onun cəzasının yüngülləşdiriləcəyi və hətta vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatlar alırlar. Zərərçəkənlərin sözlərinə görə, söhbət yüzlərlə vətəndaşın pul itirdiyi iddia olunan işdən gedir və belə bir qərarın qəbul edilməsi onların narazılığını daha da artıracaq.

Xatırladaq ki, Hüseyn Quliyev barəsində bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. Hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmanın külli miqdarda törədilməsi – üzrə ittihama bəraətverici əsaslarla xitam verib.

Məhkəmə yekunda Hüseyn Quliyevə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi – dələduzluğun təkrar törədilməsi və 244-1.2.2-ci maddəsi – qumar oyunlarının virtual formada, internet və ya digər elektron vasitələrdən istifadə edilməklə təşkili və ya keçirilməsi – ilə ümumilikdə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Halbuki dövlət ittihamçısı məhkəmədə Hüseyn Quliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Farmaniya.com” işi 2025-ci ilin sentyabrında geniş ictimai rezonans doğurub. Həmin vaxt sosial şəbəkələrdə “investisiya layihəsi” kimi təqdim olunan platformanın onlayn piramida dələduzluğu sxemi ilə fəaliyyət göstərməsi və vətəndaşların pullarının ələ keçirilməsi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər daxil olub.

Əməliyyat-texniki tədbirlər nəticəsində tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. İstintaq materiallarına əsasən, Hüseyn Quliyev sosial şəbəkələrdə özünü bloger kimi təqdim edib və “Farmaniya.com” saytını rəsmi investisiya layihəsi kimi reklam edib. O, istifadəçilərə yatırdıqları vəsait müqabilində yüksək gəlir əldə edəcəklərini vəd etməklə onların etimadını qazanıb.

Araşdırmaya görə, bu yolla 18 mindən çox şəxs platformada qeydiyyatdan keçib, nəticədə isə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənildiyi müəyyən edilib. İstintaq zamanı Hüseyn Quliyevin vətəndaşların vəsaitlərini ələ keçirmək üçün tanışı, 22 yaşlı Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə etdiyi də müəyyənləşdirilib. Bildirilir ki, Badamxanım Əhmədova bu fəaliyyət müqabilində dələduzluq yolu ilə əldə olunan vəsaitdən maddi gəlir əldə edib və sonradan cinayət məsuliyyətinə cəlb olunub. Araşdırmalar zamanı saxlanılan şəxslərin istifadə etdikləri bank kartlarına ümumilikdə 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb. Hazırda zərərçəkənlərin əsas narazılığı isə məhkəmənin təyin etdiyi 4 illik cəzanın onların fikrincə, törədilmiş əməlin və zərərin miqyasına uyğun olmaması ilə yanaşı, Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatların yayılmasıdır. Zərərçəkənlər bildirirlər ki, onlar məhkəmə hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını gözlədikləri halda, əks istiqamətdə məlumatların yayılması ciddi suallar doğurur.

Qeyd edək ki, Hüseyn Quliyev “Zevs” ləqəbi ilə tanınan videobloger Ruslan Quliyevin qardaşıdır.

Son xəbərlər