Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı

26.08.2026 22:31 423
Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı
"Ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin başa çatmasından sonra bazarda ötən ildən qalan avtomobillərin sayı kifayət qədər çox olub".

Median.Az
xəbər verir ki, bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev milli.az-a açıqlamasında deyib.

"Güzəştlərin bitəcəyini bilən paralel idxalla məşğul olan şəxslər ötən il ölkəyə kifayət qədər avtomobil idxal etdilər. Nəticədə stoklarda yığılmalar baş verdi. Bu səbəbdən cari ilin ilk altı ayında paralel idxalçılar tərəfindən gətirilən yeni avtomobillər hətta ötənilki qiymətlərə, bəzi hallarda isə ondan da aşağı qiymətlərə təklif olunurdu. Lakin bu avtomobillərin sayı azaldıqca və bazara yeni avtomobillər daxil olduqca, avtomatik olaraq nizamlanma baş verdi və qiymətlər öz yerinə qayıtdı".

Müsahibimizin dediyinə görə, bəzi avtomobillərdə qiymət artımı kimi təqdim olunan dəyişikliklər əslində artım deyil. Cari ilin logistika, avtomobilin alınması və digər xərcləri nəzərə alındıqda, son dövrün xərcləri ilə ölkəyə gətirilən avtomobillər təbii olaraq həmin qiymətlərə təklif olunur:

"Mətbuatda bəzi avtomobillərin qiymətinin artdığı qeyd olunsa da, bu hal paralel idxalla gətirilən avtomobillərə aiddir. Rəsmi dilerlər tərəfindən zəmanətlə təqdim olunan avtomobillərdə ilin əvvəlindən etibarən demək olar ki, qiymət artımı müşahidə olunmur. Əksinə, rəsmi dilerlər tərəfindən müxtəlif güzəşt kampaniyaları keçirilir və bu kampaniyalar çərçivəsində avtomobilləri daha sərfəli şərtlərlə əldə etmək mümkündür".

E.Əliyev ikinci əl avtomobil bazarındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, son iki ildə ikinci əl avtomobillərin qiyməti 40-45%-ə qədər enmişdi, xüsusilə 2025-ci ildə ikinci əl avtomobillərin qiymətlərində ciddi enmə müşahidə olunub.

E.Əliyev nəzərə çatdırıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin müddəti başa çatdıqdan sonra insanlar yenidən bu avtomobillərə maraq göstərməyə başlayıblar. Nəticədə onların qiymətində təxminən 30-35 faizə qədər artım müşahidə olunur: Əslində bu artım yox, qiymətlərin köhnə vəziyyətə qayıtması halıdır.

"Bununla yanaşı, mühərrik həcmi böyük olan, xüsusəndə buraxılış ili 10 ildən yuxarı olan avtomobillərə tələbat azaldığı üçün həmin nəqliyyat vasitələrinin qiymətləri aşağı səviyyədə qalır və onlarda ciddi qiymət artımı yoxdur. Mühərrik həcmi kiçik olan avtomobillərdə, xüsusilə hibrid nəqliyyat vasitələrində isə qiymət artımı müşahidə olunur".

Son xəbərlər