Mojo.az Banner
15:24 Azərbaycanda 50 min manata qədər məbləğdə cərimələr müəyyənləşir  |     15:12 Azərbaycanda sosial şəbəkələrdə uşaqlar üçün yeni qeydiyyat TƏLƏBLƏRİ müəyyənləşir  |     15:07 İrandan Azərbaycana PUA ilə narkotik daşınmasının qarşısı alınıb  |     15:06 Azərbaycan Portuqaliyada səfirlik açacaq  |     15:05 Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında  |     15:04 Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu  |     15:03 Azərbaycanda qadın evində baltalanaraq qətlə yetirildi  |     15:00 Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI  |     14:58 Prezidentin köməkçisi: "Kənd təsərrüfatında istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb"  |     14:57 DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib  |     14:54 Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma BAŞLANILDI  |     14:53 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı (Yenilənib)  |     13:21 Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü  |     13:20 Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək  |     13:10 Azərbaycan nefti bahalaşıb  |     13:08 Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı  |     13:04 Tailand kralının dörd ildir komada olan qızı öldü  |     13:01 "Volkswagen" kütləvi ixtisarlara gedir  |     12:57 İlon Mask tarixdə ilk trilyonçu oldu  |     12:30 Dənizdə maksimum nə qədər müddət üzmək olar? - Mütəxəssis uzun zaman suda qalmanın risklərindən danışdı  |    
Left Banner
Right Banner

Avtomobil bazarında gözlənilən dəyişiklik: Yaz aylarında qiymətlər artacaq?

19.05.2026 14:19 348
Avtomobil bazarında gözlənilən dəyişiklik: Yaz aylarında qiymətlər artacaq?
Avtomobil bazarında son dövrlərdə qiymət dəyişiklikləri və fərqli modellərə olan tələbatda dalğalanmalar müşahidə olunur. Bəzi avtomobillərin qiymətində artım qeydə alınsa da, paralel olaraq endirim kampaniyaları da bazarda yer alır. Ümumi mənzərədə isə satışların hələ tam canlanmadığı, bazarın nisbətən durğun olduğu bildirilir. Görəsən, yaz aylarında avtomobil bazarında canlanma olacaqmı? Qiymətlərdə yeni artım gözlənilirmi? Köhnə avtomobillərə tələbat necə dəyişəcək?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, hər ilin əvvəlində - yanvar, fevral və mart aylarının sonuna qədər avtomobil sektorunda yeni avtomobillərin satışında durğunluq müşahidə olunur.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri insanların avtomobil alarkən istehsal ilinə xüsusi önəm verməsidir. Məsələn, 2026-cı ildə alıcılar 2025-ci il deyil, bu ilin istehsalı olan yeni avtomobillərə üstünlük verirlər:

“Avtomobillərin istehsalı, logistika və daşınma müddəti nəzərə alındıqda, onların ölkəyə çatdırılması təxminən iki ay yarımdan tez mümkün olmur. Bu səbəbdən də insanlar əsasən mart ayının sonlarından etibarən avtomobil almağa başlayırlar. Hazırda bazarda yalnız mövsümi durğunluq deyil, həm də müəyyən doyma müşahidə olunur. Belə ki, son illərdə ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər nəticəsində çox sayda insan yeni avtomobil alıb və mövcud avtomobilini yeniləyib. Hətta əvvəllər yeni avtomobil sürməyən şəxslər də güzəştli şərtlərdən yararlanaraq yeni avtomobil sahibi olublar”.

Assosiasiya sədrinin sözlərinə görə, bu proses təkcə şəxsi avtomobillərlə məhdudlaşmayıb, taksi parkının da böyük hissəsi yenilənib. Hazırda taksi parkında əvvəlki illərdə olduğu kimi köhnə avtomobillər deyil, əsasən yeni nəqliyyat vasitələri istifadə olunur:

“Hazırda bazarda müəyyən gözləmə mövqeyi də hiss olunur. İnsanlar mövcud iqtisadi və bazar proseslərini izləyirlər. Qiymət artımı ilə bağlı fikirlər səslənsə də, rəsmi dilerlər vasitəsilə idxal olunan avtomobillərdə hələlik ciddi qiymət artımı qeydə alınmayıb. Paralel idxal yolu ilə gətirilən avtomobillərdə isə modeldən asılı olaraq həm qiymət enişləri, həm də artımlar müşahidə edilir.

E.Əliyev sonda qeyd edib ki, əvvəlki güzəştlərdən istifadə edərək fərdi şəkildə avtomobil alqı-satqısı ilə məşğul olan bir sıra şəxslər artıq bazardakı qaydaların dəyişdiyini görərək bu sahədən uzaqlaşırlar:

“Bəzi hallarda həmin şəxslər avtomobilləri dəyərindən aşağı qiymətə sataraq biznesi tərk ediblər. Bazarda baş verən qiymət dəyişiklikləri də məhz bu proseslərin nəticəsi olaraq gözlənilən idi”.скачать dle 11.3
Mojo.az Banner