Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

25.08.2026 19:30 435
Paşinyan:
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, keçmiş prezident Robert Koçaryan və "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil etdiyi yerli müxalifət KTMT sülhməramlılarının ölkəyə gətirilməsini istəyir.

Median.Az xəbər verir ki, bu barədə "İnterfaks" nəşri məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı parlamentdə "Ermənistan" və "Güclü Ermənistan" müxalifət fraksiyalarına xitab edən hökumət başçısı deyib:

"Sizin məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasını təmin etməkdir. Heç bir KTMT sülhməramlısı olmayacaq, ümumiyyətlə, ölkədə heç bir xarici sülhməramlı qüvvə yerləşdirilməyəcək".

"Onlar olmayacaq, çünki artıq sülh təmin edilib, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - deyə hökumət rəhbəri əlavə edib.//oxu.az

Son xəbərlər