Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən və yaşayış olan binada söküntü aparılır, komunal xidmətlər isə dayandırılıb.
Binada yaşayan ailələr bildirirlər ki, vaxtilə Fövqəladə Hallar Nazirliyində xidmət edən şəxslərin yaşadığı yataqxana binasının sökülməsi ilə bağlı qərar qəfil verilib.
Ailələrin hara köçürüləcəyi və onlara hansı təminatların veriləcəyi hələlik məlum deyil.
Sakinlərin sözlərinə görə, qısa müddət ərzində su təminatının da dayandırılacağı bildirilib. Səbəb kimi isə onların həmin ünvanda qeyri-qanuni yaşaması göstərilir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, sözügedən yataqxana binası Nazirliyin balansında deyil.
Vətəndaşlar iddia edirlər ki, söküntü işlərini Dövlət Neft Şirkəti həyata keçirir. Dövlət Neft Şirkətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məsələyə yaxın zamanda aydınlıq gətiriləcək.