Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |    
Mojo.az Avto
Mojo.az Avto

Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO

20.08.2026 21:51 339
Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO
Dünən Astarada boğulma hadisəsi baş verib.

Hadisə Xəzər dənizinin Astara şəhəri ərazisində, nəzarət olunmayan hissəsində qeydə alınıb.

Masallı rayonunun Kosagül kənd sakini, 36 yaşlı Elman Məmmədov qohumları ilə birlikdə çimmək üçün dənizə gəlib.

Sakinlərdən birinin sözlərinə görə, Elman Məmmədov qohumlarına dənizdən çıxmalarını deyib və onların ardınca gələcəyini bildirib. Lakin bir müddət sonra onun sudan çıxmadığı məlum olub.

"Bacım oğlu ilə bir yerdə gəliblər. O, dənizdə qalıb. Bacım oğluna deyib ki, siz çıxın, mən də gəlirəm. Ondan sonra axtarırıq, tapa bilmirik. Dənizdə qalıb, çıxa bilməyib. Ailəlidir, beş uşağı var", - deyə sakin bildirib.

Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı rayon Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Hazırda Elman Məmmədovun axtarışları davam etdirilir.

Son xəbərlər