Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Mağazalarda qıtlıq başladı – Bu məhsulun bahalaşa bilər

20.08.2026 13:20 930
Mağazalarda qıtlıq başladı – Bu məhsulun bahalaşa bilər
Son günlər bir çox mağaza və marketlərdə şəkər tozunun qıtlığı müşahidə olunur. Alıcılar bəzi satış nöqtələrində şəkər tozunu ümumiyyətlə tapa bilmədiklərini, bəzi yerlərdə isə məhsulun məhdud sayda satışa çıxarıldığını bildirirlər. Gündəlik tələbat məhsullarından biri olan şəkər tozunun bazarda azalması istehlakçılar arasında narahatlıq və müxtəlif suallar yaradıb. Mağazalarda şəkər tozunun azalmasının və bəzi yerlərdə tamamilə yoxa çıxmasının əsas səbəbləri nədir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Median.Az-a bildirib ki, Azərbaycana şəkər tozu bir çox ölkələrdən idxal olunur:
“Müsbət haldır ki, ölkədə şəkər tozu istehsalı ilə məşğul olan yerli müəssisə də fəaliyyət göstərir və bu müəssisə qiymətləri sabit saxlamağa çalışır. Lakin bazar iqtisadiyyatının tələbləri nəzərə alındıqda, Azərbaycan bazarı müəyyən mənada dünya bazarındakı qiymət dəyişikliklərindən təsirlənir. Bununla yanaşı, faktiki vəziyyət göstərir ki, Azərbaycan bazarının bir sıra seqmentləri, o cümlədən şəkər sektoru tam rəqabətli mühitdə fəaliyyət göstərmir və burada müəyyən kartel sövdələşmələrinin təsiri hiss olunur. Təəssüf ki, yerli şəkər istehsalı ölkənin tələbatını tam şəkildə qarşılaya bilmir. Bu səbəbdən idxaldan asılılıq qalmaqdadır. Dünya bazarında qiymət manipulyasiyaları və elastik qiymət dəyişiklikləri də Azərbaycan bazarına birbaşa təsir edir. Şəkər tozunun qiymətində müşahidə olunan artım da əsasən dünya birjalarında qiymətlərin yüksəlməsi ilə əlaqəlidir”.
O qeyd edib ki, təxminən üç ay əvvəl birjalarda şəkərin bahalaşması qeydə alınmışdı və hazırkı qiymət artımı ilə bazarda yaranan qismən defisit də bunun nəticəsi hesab oluna bilər:

“Yerli istehsalçılar bazardakı qiymət balansını qorumaq üçün ciddi səylər göstərirlər ki, bu da müsbət məqamdır. Bununla belə, idxalçılar da dünya bazarındakı qiymətlərə uyğun fəaliyyət göstərirlər. Gözləntilərə görə, mövcud defisit aradan qalxdıqdan sonra bazara daha çox şəkər tozu daxil olacaq. Hazırkı vəziyyət daha çox müvəqqəti çətinlik kimi qiymətləndirilir. Bununla yanaşı, yaxın dövrdə Azərbaycan bazarında şəkər tozunun qiymətində artımın davam etməsi istisna olunmur”.

Aysel Elnur

Son xəbərlər