Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO

18.08.2026 20:09 291
Lizinq şirkəti ilə vətəndaş arasında narazılıq yaranıb.

Xəzər TV-nin qaynar xəttinə müraciət edən Murad Qədimov iddia edir ki, taksi fəaliyyəti ilə bağlı "Xalq 11" lizinq şirkətindən 8 avtomobil alıb.

Şikayətçi deyir ki, 14 iyul 2025-ci il tarixində hər avtomobil üçün 8 min manat ilkin ödəniş edib. 10 gün sonra müqavilələr imzalanaraq təqdim edilib. Murad Qədimovun iddiasına əsasən, avqust ayının 5-i tarixinədək şirkətlə əlaqə saxlaya bilməyib.

Murad Qədimov ödənişlərdə gecikmələrin yarandığını bildirir. Buna səbəb isə avtomobillərin icarədə olması, icarəhaqlarını isə hər ayın 5-i tarixində aldığını deyir. O, bir neçə ay sonra maddi sıxıntısı yarandığı üçün avtomobillərdən 3 ədədini satmaq qərarı alıb.

Müsahibin sözlərinə görə, 2-3 ay ərzində yol vərəqləri verilmədiyindən, avtomobillər yol patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Murad Qasımovun iddiasına görə, onun xəbəri olmadan şirkət tərəfindən avtomobillər duracaqdan çıxarılıb və satışa qoyulub.

Vətəndaşın iddialarına cavab almaq üçün "Xalq 11" lizinq şirkəti bildirdi ki, onlara poçt vasitəsi ilə müraciət edək. Əlavə məlumat verilmədi.

Murad Qədimov məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edəcəyini bildirir.

Son xəbərlər