Mojo.az Banner
19:30 Sarayda tikiş sexi yandı  |     19:24 Türkiyədə bələdiyyədə əməliyyat - 20 nəfər saxlanıldı  |     19:17 Kadırov elmin inkişafına görə medal aldı - Video  |     19:09 Gəncədə müəllim dəm qazından öldü  |     19:03 “Tottenhem” onun stadiona girişinə qadağa qoydu  |     18:48 203 obyektdə monitorinq aparıldı  |     18:41 Dərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək  |     18:41 Dərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək  |     18:34 Bəxtiyar Bərxudarova vəzifə verildi  |     17:59 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:38 Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT  |     17:19 Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək  |     17:09 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     16:55 Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub  |     16:51 "Yerin təki haqqında" qanunda dəyişikliklər edildi  |     16:29 Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə  |     16:24 Azərbaycanlı tələbələrin 1,6 milyon dollarlıq startapı  |     16:16 Geomaqnit qasırğası gözlənilir  |     16:05 İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi  |     15:52 Bahalaşmanın qarşısını almaq üçün nə lazımdır? - Deputatdan təklif  |    
Left Banner
Right Banner

Bakıda üç dostun ağlasığmaz planı: Yanmış "Gelandewagen"lə kredit götürdülər

06.03.2025 18:02 1 065
Bakıda üç dostun ağlasığmaz planı: Yanmış
Bakıda 3 dost lizinq şirkətinə qarşı külli miqdarda dələduzluq ediblər. Onlar yanmış "Mercedes G-63" markalı avtomobilin sənədlərini saxtalaşdıraraq lizinq şirkətindən 53 min manat kredit götürüblər.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, maşın alveri ilə məşğul olan Orxan, Üzeyir və Faiq qurulan plana uyğun olaraq əvvəlcə qismən yanaraq yararsız vəziyyətə düşmüş "Mercedes Gelandewagen" markalı avtomobili ucuz qiymətə alıblar. Sonra "Hollyvood-Cars" şirkətindən eyni markalı avtomobili 10 günlük icarəyə götürüblər.

Onlar yanmış avtomobilin nömrəsini icarəyə götürdükləri maşının nömrəsi ilə dəyişdiriblər. Maşının mühərrik nömrəsini də siliblər. Onlar müxtəlif yollarla sənədləri saxtalaşdıraraq avtomobili Faiqin adına sənədləşdiriblər.

Sonra da lizinq şirkətlərindən birindən həmin avtomobilə görə 53 min manat kredit götürüblər. Lizinq şirkəti avtomobili idarə etmək üçün Faiqə etibarnamə verib. Həmin zaman lizinq şirkəti avtomobilə GPS yerləşdirib. Lakin 3 dost icarəyə götürdükləri maşını "Hollyvood-Cars" şirkətinə qaytaran zaman lizinq şirkətinin quraşdırdığı GPS-i çıxarıblar, əvvəlki nömrəsini də yerinə taxıblar. Lizinq şirkəti maşından xəbər tutmayanda 3 dostun əməllərinin üstü açılıb.

Faiq həmin ərəfədə Rusiyaya qaçıb. Orxan və Üzeyir tutularaq məsuliyyətə cəlb edilib. Onlar barəsində dələduzluq maddəsi ilə ittiham elan edilib. Üzeyir və Orxan dəymiş zərəri ödədikləri üçün məhkəmə onlara şərti cəza verib.

Faiq isə uzun müddət axtarışdan sonra saxlanılıb və Bakıda hakim qarşısına çıxarılıb. Ona da eyni maddə ilə ittiham irəli sürülüb. Faiq özünü təqsirli bilməyərək deyib ki, bütün işi Orxan və Üzeyir görüb. Sadəcə, maşını onun adına sənədləşdirildiyini və buna görə 2 min manat aldığını deyib. İfadəsində deyib ki, lizinq şirkətinə gedən zaman ona yeni patlar və bahalı telefon da verilib. Məqsəd şirkətdə özünə qarşı inam yaratmaq olub.

Məhkəmə zərərin ödənilməsini nəzərə alaraq Faiq barəsində də şərti cəza təyin edib.скачать dle 11.3
Mojo.az Banner