Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"
AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycanda heyvanların erkən kəsiminə qarşı yeni tədbirlər hazırlana bilər. Sədr əlavə edib ki, bir yaşına çatmamış heyvanların kəsilməsi həm qida keyfiyyətinə, həm də heyvandarlığın inkişafına mənfi təsir göstərir. O qeyd edib ki, hazırda “Erkən kəsimə son” maarifləndirmə kampaniyası həyata keçirilir və identifikasiya prosesi başa çatdıqdan sonra heyvanların yaşı, cinsi və çəkisinə uyğun kəsim qaydalarının tətbiqi nəzərdən keçiriləcək.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Median.Az-a bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin bəzi mütəxəssisləri quzu ətinin zərərli olduğu və insan sağlamlığı üçün faydalı hesab edilmədiyi barədə açıqlamalar verirlər:
“Tarix boyu quzu əti ən keyfiyyətli qoyun əti hesab olunub. Hətta ötən il İspaniyada olarkən gördüm ki, çox kiçik yaşlı quzunun əti böyük qoyun ətindən dəfələrlə bahadır. Bununla bağlı şəkillər çəkərək Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinə göndərdim. Maraqlıdır ki, Agentliyin idarə rəislərindən biri mənə dedi ki, guya keçi əti də zərərlidir. Hətta tələbə yoldaşının qonağı olarkən ona "mənə cavan yox, qocalmış xoruz kəsin, onun əti daha yaxşıdır" dediyini misal çəkdi. Bu, sadəcə gülünc yanaşmadır. Əgər məqsəd həqiqətən də kənd təsərrüfatını və heyvandarlığı inkişaf etdirməkdirsə, bu cür fikirlərlə buna nail olmaq mümkün deyil. Dövlət proqramlarına baxsaq, görərik ki, illər əvvəl qəbul edilmiş sənədlərdə ölkədə meqafermaların yaradılması, yemçilik bazasının gücləndirilməsi və heyvandarlığın müasir əsaslarla inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Keçən ilə qədər Perudan, heyvandarlığın inkişaf etdiyi ölkələrdən birindən Malik adlı şəxs mənə dəfələrlə zəng edirdi. O deyirdi ki, Azərbaycanda heyvandarlığın inkişafını yaxından izləyirlər və onların qənaətinə görə, ölkə qarşıya qoyduğu hədəflərə hələ yaxınlaşmayıb. Meqafermalar yaradılmadan, yalnız kiçik təsərrüfatlarla ölkənin ətə olan tələbatını ödəmək mümkün deyil. Təsadüfi deyil ki, Azərbaycana bu gün də böyük həcmdə xarici ölkələrdən qoyun əti idxal olunur”.
O qeyd edib ki, "quzu kəsmək olmaz", "quzu əti yaxşı deyil" kimi yanaşmaları heyvandarlığın inkişafı siyasəti kimi təqdim etmək düzgün deyil:
“Tarix boyu dünyanın bütün xalqları quzu ətinə qoyun ətindən daha çox üstünlük veriblər. Bir həftə əvvəl Albaniyada restoranda altı tikə quzu kababı sifariş etdim və buna 120 manat ödədim. Hətta həmin çek də məndə idi. Bu fakt onu göstərir ki, quzu əti dünyanın müxtəlif ölkələrində yüksək qiymətləndirilən məhsuldur. Quzu ətinə üstünlük verilməsinin səbəbləri də məlumdur. Birincisi, quzular hələ baytarlıq preparatlarının təsirinə məruz qalmırlar. İkincisi, süd əmirlər, əti daha təmiz və yumşaq olur. Tarix boyu insanların bu məhsula üstünlük verməsinin əsas səbəbi də məhz budur. Bəs Azərbaycanda heyvandarlığı inkişaf etdirmək istehlakçının seçim hüququnu məhdudlaşdırmaq hesabına həyata keçirilməlidirmi? İstehlakçının seçim hüququ var. O, hansı əti istəyirsə, onu da almalı və istehlak etməlidir. Bu gün ölkədə quzu ətinə tələbatın yüksək olması bazar qiymətlərində də aydın görünür. Kiçik yaşlı quzuların əti daha bahadır. Bu isə bir daha göstərir ki, insanlar quzu ətinə üstünlük verirlər. Təəssüf ki, bəzi şəxslər özlərini mütəxəssis kimi təqdim edərək guya heyvandarlığı inkişaf etdirmək məqsədilə belə yanlış yanaşmalar irəli sürürlər. Bu mənə 1982-ci ili xatırladır. Həmin dövrdə SSRİ Siyasi Bürosu heyvan kəsiminin azaldılması ilə bağlı qərar qəbul etmişdi. Azərbaycanda isə bu qərar daha sərt formada tətbiq olunurdu. Toylarda heyvan kəsməyə qadağa qoyulmuşdu. İnsanlara deyirdilər ki, toyu kolbasa ilə keçirsinlər. Hətta buna görə cərimələr tətbiq edilir, sahə müvəkkilləri toyları yoxlayırdı”.
Onun sözlərinə görə, belə sovet təfəkküründən irəli gələn yanaşmalar artıq geridə qalmalıdır:
“Məsələn, Kəlbəcər kimi geniş otlaq sahələrinə malik bölgələrdə iri heyvandarlıq kompleksləri qurmaq mümkündür. Vaxtilə Leninqradda heyvandarlıq üzrə təhsil almış üç kəlbəcərli zootexnik və baytar mənimlə görüşərək bildirdilər ki, uzun illər bu sahədə çalışıblar, lakin bu gün onları bu işə cəlb edən yoxdur. Halbuki işğaldan azad olunmuş ərazilərdə belə peşəkar mütəxəssislərin təcrübəsindən istifadə etmək mümkündür. Qoşqar Təhməzli və onun komandası bu məsələlərə diqqət yetirməli, dövlət proqramlarında nəzərdə tutulmuş meqafermaların yaradılması ilə bağlı hədəfləri bir daha nəzərdən keçirməlidirlər. İstehlakçı hüquqlarını məhdudlaşdıraraq insanlara "quzu əti yeməyin, zərərlidir", "cavan toyuq əti yox, qocalmış toyuq əti daha faydalıdır" kimi fikirlər aşılamaq həm elmi əsaslardan uzaqdır, həm də gülünc görünür. Əlbəttə, heyvanların identifikasiyası sistemi tam tətbiq olunduqdan sonra müəyyən məsələlər daha səmərəli həll oluna bilərdi. Halbuki bu istiqamətdə qarşıya qoyulan hədəflərə iki-üç il əvvəl nail olunmalı idi. Hazırda fərdi və ailə təsərrüfatlarının böyük hissəsi hələ də identifikasiya sistemindən kənardadır. Bu şəraitdə heyvandarlığı inkişaf etdirmək üçün belə primitiv üsullara üstünlük vermək düzgün deyil. Bu, həm istehlakçının seçim hüququnun pozulmasıdır, həm də yanlış yanaşmadır. Ən gülünc məqam isə quzu ətinin guya zərərli olması barədə səsləndirilən iddialardır. Tarix boyu insanlar quzu ətini seçiblər və bu gün də dünyanın əksər ölkələrində cavan quzu ətinə yüksək tələbat mövcuddur. Bununla yanaşı, ölkədə ciddi baytar çatışmazlığı da var. Məsələn, yaxın vaxtlarda yanıma bir gənc gəlmişdi. Atası da baytardır, özü də baytarlıq təhsili alıb. Dörd aydır ki, hər həftənin dördüncü günü aidiyyəti quruma gedir, imtahan verir, yüksək nəticə göstərir. Buna baxmayaraq, hələ də heç bir vəzifəyə təyin olunmayıb. Halbuki o, peşəsini sevən və bu sahədə çalışmaq istəyən bir mütəxəssisdir. Ona görə də baytarlıq sahəsində kadr hazırlığına xüsusi diqqət yetirilməli, ali məktəblərdə praktik hazırlıq gücləndirilməlidir. Bu, xüsusilə fərdi təsərrüfatlarda heyvandarlığın inkişafına ciddi töhfə verə bilər. Təəssüf ki, dövlət qurumları hələ də bu cür köhnəlmiş və səmərəsiz yanaşmalardan tam imtina etməyiblər”.
Aysel Elnur