Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…

18.08.2026 12:22 492
Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…
Azərbaycanın Aİ-92 markalı avtomobil benzininin xarici bazarlara tədarükü ilin ilk altı ayında əhəmiyyətli dərəcədə genişlənib. Yanvar-iyun dövründə ölkədən 5 365 ton Aİ-92 benzini ixrac olunub və bu satışlardan 4,36 milyon ABŞ dolları gəlir əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə, fiziki həcmi isə 72 faiz artıb. Bununla yanaşı, hesabat dövründə Aİ-92 benzininin idxalında 96 faizlik kəskin azalma qeydə alınıb.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında deyib ki, bu yanacaq növünün Avropaya ixracatı mümkün deyil, çünki Avropa standartlarına uyğun deyil:

“Sadəcə, bizdə neftayırma zavodlarında təmir işləri başa çatdı və indi daha çox istehsal etməyə başlayıblar. Bu, pozitiv bir gəlişmədir. Çox güman ki, bu, Ermənistana satdığımız benzinin də, qonşu ölkələrə, o cümlədən Gürcüstana satdığımız benzinin də bir hissəsini əhatə edir. Yəni biz nə qədər çox neft məhsulları ixrac ediriksə, bir o qədər çox gəlir əldə edirik. Çünki neft məhsulu xam neftdən daha çox gəlir gətirir. Amma həcm artsa da, ümumi dəyəri o qədər də çox deyil. Hələ 4,3 milyon ABŞ dolları civarında olan bir satışdır. Bunu da dediyim kimi, böyük əksəriyyəti çox güman ki, Ermənistana satdığımız yanacaqdır”.

Aysel Elnur

Son xəbərlər